Sabirabadda ana 3 körpəsini atıb Bakıya qaçdı – VİDEO
Sabirabad rayonunda yaşayan Sultanova Afət Fəxrəddin qızı 4, 2 və 6 aylıq körpəsini ərinin üstünə ataraq Bakıya qaçıb.
ARANTV.AZ Baku.ws-ə istinadən bildirir ki, ananın 1 il əvvəl atdığı uşaqlar hazırda 5, 3 və 1,5 yaşındadırlar.
A.Sultanovanın həyat yoldaşı “Səni axtarıram” proqramına gələrək azyaşlı uşaqlarını atan qadının ondan əvvəlki ərindən dünyaya gətirdiyi uşağını 2 yaşında atdığını bildirib.
Kişi 1 ildir evdən gedən arvadının bu müddət ərzində 12 dəfə polisə yalan ifadələr verərək onu narahat etdiyini deyib və buna son qoyulmasını tələb edib.

