Gündəm 

Prezident İlham Əliyevin iradından sonra hərəkətə keçildi – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradından sonra müvafiq qurumların əməkdaşları hərəkətə keçib.

ARANTV.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, söhbət turizm zonasına gedən Şamaxı-İsmayıllı yolundan gedir.

Dövlət başçısının haqqında danışdığı yararsız bu yol 1978-ci ildə inşa olunub. Başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 133-cü kilometrindən götürən yolda tez-tez çökmələr əmələ gəlir.

İTV-nin hazırladığı süjetdə müvafiq qurumların yolda təmir işlərinə başlaması öz əksini tapıb.

Daha çox xəbərlər