Bərdədə çuğundur yığımı davam edir
Bu il 214 hektar sahədə şəkər çuğunduru becərən Bərdə rayonunun torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər.
ARANTV.AZ xəbər verir ki, indiyədək 136,8 hektarın məhsulu yığılıb, 4680,8 ton çuğundur əldə edilib. Hər hektardan orta məhsuldarlıq 342,1 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.
Qeyd edək ki, şəkər çuğunduru Bərdə rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.azərtac

