Cəmiyyət 

Yas mərasimlərində üzərinə “Allah rəhmət etsin” yazılan tortlarla bağlı AÇIQLAMA

Bir müddət əvvəl sosial şəbəkələrdə yas məclisi üçün hazırlanmış və üzərində “Allah rəhmət etsin” cümləsinin yazıldığı tort yəqin hər kəsin yadındadır. Bu tort müzakirələrə və gülüşə səbəb olsa da, əslində bir qədər də düşündürücü tərəfi ilə yenidən gündəm yaratmaqdadır. Məlumdur ki, yas məclislərində süfrəyə şəkərbura və digər şən məclislər üçün nəzərdə tutulan şirniyyatların gətirilməsi artıq ənənə halını alıb. Bunun ardına adıçəkilən tortu da əlavə etsək, bu halı müzakirə mövzusu etməyə dəyər.
Sonxeber. az şəriətdə yas süfrələrinin belə şirniyyatlarla zənginləşdirilməsinin nə dərəcədə doğru olub-olmamağı ilə bağlı azərbaycanlı ilahiyyatçı alim Hacı Əhliman Rüstəmovun fikirlərini öyrənib:
“Qurani- Kərimdə Allahu-Təala deyir ki, “Yeyin, için amma israf etməyin”. Şəriət süfrədə halal-haramı və bir də israf olmamağı müəyyən edir. Qalanı cammatın özündən asılıdır. Yəni hər kəs, israf olmadan öz gücünə, adətinə uyğun süfrə təşkil edir. Məsələn, bilirsiniz ki, ehsan süfrəsində şirni, halva, bozbaş, aş olur. Din bunları müəyyən etmir. Din deyir ki, süfrədə halal qida olsun, israfçılıq olmasın”.
Əhliman Rüstəmov qeyd edir ki, dünyasını dəyişən insan cavan və yaxud da nişanlı olarsa, bu zaman mümkündür ki, onun baş daşına qırmızı bağlanılsın, xonça qoyulsun. İlahiyyatçı alimin fikrinə görə isə süfrəyə tort gətirilməsinin şəri baxımdan heç bir problemi yoxdur:
“Yas məclisinə tort gətirilməsinə indiyə qədər rast gəlməmişəm. Şəriətlə danışsaq, yas məclisinə tort gətirilməsinin heç bir problemi yoxdur. Əvvəldən görmüşük ki, adətimizə görə şadlıq məclislərində tort verirlər, yas məclisində deyil. Necə ki, halvanı görürsünüz ki, orucluq, yas məclislərində verirlər, amma toy məclisində deyil. Yasda tort yemək toyda halva yemək kimidir. Şəri baxımdan problemi yoxdur. Yaxşı olar ki, adətimizə uyğun yeməklər verilsin”.

Yas mərasimlərində üzərinə "Allah rəhmət etsin" yazılan tortlarla bağlı AÇIQLAMA

Daha çox xəbərlər