Cəmiyyət 

Yağışlı Bakının növbəti tıxac və işıqfor problemi-VİDEO

Payız ayları yağışla müşayiət olunur. Sirr deyil ki, Bakının ən böyük problemlərindən biri də məhz yağışlı havaların gətirdiyi problemdir. Göydən bir neçə damcı yağış düşən kimi, Bakının bir çox küçə və prospektləri keçilməz olur, işıqforlar işləmir, səbəbsiz tıxaclar yaranır. Hər il qurumlar “yağışlı havalara hazırıq” desələr də, ilk yağışda bunun əksinin şahidi oluruq.
ARANTV.AZ  xəbər verir ki, ötən gündən bəri davam edən arasıkəsilməz yağışlı hava durumu insanlara yollarda bir çox problemlər yaratmaqdadır. Küçələrə yığılan kanalizasiya suları və onların su ilə birgə gətirdiyi çirkli tullantıların yanına işıqforların işləməməsini də əlavə etsək yanılmarıq. Belə problemlərdən biri də məhz Nərimanov rayonu ərazisindəki küçələrdən birində yaşanıb. Həvəskar çəkilişdən bəlli olur ki, Nərimanov ərazisində yollarda avtomobillərin süni sıxlıq yaratması insan həyatı üçün necə təhlükə yarada bilər. Yəni ki, mövcud durumda işıqforların işləməməsi və yollarda yol hərəkətini tənzimləyən yol polisinin olmaması səbəbindən avtomobilin belə havada yol zolağında hərəkəti nə qədər təhlükəlidir. Ən maraqlı məqam isə belə vəziyyətdə yollarda avtomobillərin gedişini tənzimləmək üçün siravi bir vətəndaşın dayanmasıdır.Sonxeber.az

 

Daha çox xəbərlər