Yevlaxda “Jiquli” camışa çırpıldı: heyvan öldü, sərnişinlər yaralandılar
Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ oxu.az- a istinadən xəbər verir ki, hadisə Yevlaxın Tanrıqullar kəndi ərazisində qeydə alınıb.
“VAZ-2106” markalı avtomobil qəfil qarşısına çıxan camışı vurub. Yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb.
Qəza zamanı “VAZ-2106″da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib. Qəza zamanı ağır xəsarət alan iri buynuzlu heyvan ölüb.
Faktla bağlı araşdırma aparılır.

