Cəmiyyət 

Bakıda Avropaya viza rejiminin sadələşdirilməsi ilə bağlı VACİB İCLAS

Noyabrın 6-da Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Avropa İttifaqı (Aİ) birgə komitəsinin növbəti iclası bu həftə keçiriləcək.

ARANTV.AZ-ın verdiyi məlumata görə, bu barədə mötəbər diplomatik mənbədən bildirilib.

Xatırladaq ki, sentyabr ayında Azərbaycan və Aİ readmissiya üzrə birgə komitənin iclasını keçirib.

Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan 2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsinə dair müqavilə imzalayıb.

2014-cü il fevralın 28-də isə Aİ və Azərbaycan readmissiya haqqında saziş imzalayıb.Sonxeber.az

Daha çox xəbərlər