Dünya 

İran konsulluğuna hücum edildi-5 ölü

İraqda hökumət əleyhinə etiraz mitinqləri davam edir. ARANTV.AZ-ın məlumatına əsasən, aksiya iştirakçıları ilə polis arasında toqquşma olub. Etirazçılar Kərbəla şəhərindəki İran İslam Respublikasının konsulluğuna hücum ediblər. Onlar qapını yandırıblar və diplomatik korpusun binasına İraq bayrağı sancıblar. Konsulluğun təhlükəsizlik xidməti etirazçılara sərt müdaxilə edib. Nəticədə ən azı beş nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb.
Bu gündən etibarən İraqın əsasən şiələr yaşayan şəhərləri tətil elan ediblər. Nümayişçilər əsas şosse yollarını bağlayır, hökumətin istefasını, korrupsiya ilə mübarizə və həyat şərtlərinin yaxşılaşdırılmasını tələb edirlər.Sonxeber.az

Daha çox xəbərlər