Hadisə 

Göyçayda it sahibəsinin üzünü dişlədi

Hadisə rayonun Qızılağac kəndində qeydə alınıb

ARANTV.AZ apa.az-a istinadən xəbər verir ki, Göyçayda qadın itin hücumuna məruz qalıb.

Hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İt qadını yerə yıxaraq ağzından dişləyib.

Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Daha çox xəbərlər