Mehriban Əliyevadan Bayraq Günü paylaşımı – VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram”da Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb.

#Azerbaycan #bayraq #ilhamlaazerbaycan həştəqi ilə paylaşılan videonu təqdim edirik:

Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.