Samirə Əfəndinin yeni klipi 3 ölkədə çəkilib – VİDEO
Müğənni Samira Əfəndi yeni mahnısı olan “Yol Ayrıcı”na ekran həyatı verib. ARANTV.AZ xəbər verir ki, mahnının sözləri və musiqisi Muxtar Abseynova, aranjimanı Fərhad Musayevə, RAP hissəsi isə Aid-ə məxsusdur. “Yol Ayrıcı” mahnısına çəkilən payız əhval ruhiyəli klip Fransa, İsveçrə və Türkiyədə lentə alınıb. Qeyd edək ki, ekran işinin rejissorluğu Ruslan Əhmədova, montajı isə Alex Anişenkoya həvalə edilib.

