Günel Zeynalova “Dəyməyin keyfimə” klipinə 25 min dollar xərcləyib?
Müğənni Günel Zeynalova yeni çəkdirdiyi “Dəyməyin keyfimə” klipinin büdcəsini açıqlayıb. ARANTV.AZ-ın məlumatına görə, ifaçı ATV-nin “Zaurla Günaydın” verilişində bildirib ki, ekran işinə 25 min dollara yaxın pul xərcləyib: “Klipi çəkəndə rahat oldum, istədiyim geyimi geyinirəm. Hər şeyi hesablasam, klipə təxmini 25 min dollar xərclədim”.

