Hadisə 

Qaradağda 29 yaşlı kişi döyülərək ağır xəsarət alıb

Qaradağ rayonunda döyülmə hadisəsi baş verib.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, Sanqaçal qəsəbəsi ərazisində 1990-cı il təvəllüdlü Cavadov Ayaz Qurban oğlu tanımadığı şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı diaqnozu qoyulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər