Bakıda iki maşın toqquşdu: 38 yaşlı qadın xəstəxanalıq oldu
Bakıda yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər qadın xəsarət alıb. O təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, yaralanan şəxs 1981-ci il təvəllüdlü Ağayeva Səbinə Oqtay qızıdır. Ona diz və çiyinin əzilməsi diaqnozu qoyulub.
Qadın həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb.

