Dünya 

İtlər onlara yem verən hərbçini PARÇALADI

Avstriyada xidməti itlər onları bəsləyən hərbçini parçalayıblar.

ARANTV.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail yazır.

31 yaşlı kinoloq (itlərin təlimi və bəslənməsi üzrə mütəxəssis) 2017-ci ildən itlərlə işləyib.

O, paytaxtın yaxınlığındakı hərbi hissədə heyvanlara qulluq üçün təyin olunmuşdu.

Avstriya Müdafiə Nazirliyi itlərdən birinin xidmət üçün tam hazırlıqlı olduğunu, ikincisinin hələ məşq etməmiş olduğunu bildirib.

Avstriya Prezidenti Aleksander Van der Bellen ölən hərbçinin ailəsinə başsağlığı verib.

İtlər onlara yem verən hərbçini PARÇALADI

Qeyd edək ki, Avstriya ordusunda 170 xidməti it saxlanılır.

Daha çox xəbərlər