Eyni məkanda çəkilən klipləri ilə göz yoran məşhurlarımız – VİDEO
Son zamanlar klip sahəsində canlanma hiss olunsa da, seçilən məkanların eyni olması göz yorur.
ARANTV.AZ xəbər verir ki, ən çox müraciət edilən məkan isə “Ağ şəhər” adlanan yaşayış kompleksidir.
Rejissorlar kompleksdə evlərin və insanların az olmasından istifadə edərək çəkilişləri daha çox burada edirlər. Yeni məkan adı ilə çəkilişlərdə istifadə olunan “Ağ şəhər”in qonağı olan müğənnilərimizi təqdim edirik:
Zamiq Hüseynovun “Varmı” klipi “Ağ şəhər”in gecə mənzərəsində çəkilib.
Müğənni Xatunun “İkimizin” adlı klipində də “Ağ şəhər”də çəkilişlər edilib.
Əkbərin “Məndən ayrılma” klipində bu məkanda günəşin batması və Əkbərin melanxolik ab-havası əks olunub.
Sosial media vasitəsilə məşhurlaşan Elvin Mirzəzadənin “Sevmədinmi” adlı klipində də “Ağ şəhər”in görüntülərindən istifadə olunub.
Damlanın “Məzun” klipinin bir hissəsi “Ağ şəhər”də çəkilib.
Günay İbrahimli isə həmkarlarından fərqli olaraq bu məkanda klip yox, “Instagram” səhifəsinə videorolik çəkdirib.
oxu.az

