Bakıda metronun yaxınlığında kişi öldü
Bakıda ölüm hadisəsi baş verib.
ARANTV.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Metronun “20 Yanvar” stansiyası yaxınlığında kişi meyiti tapılıb.
Aparılan araşdırmalar nəticəsində onun 1938-ci il təvəllüdlü Mustafayev Adil Həsən oğlu olduğu məlum olub.
Adil Mustafayevin ölüm səbəbi araşdırılır.

