Azərbaycan meyvələri Rusiyaya buraxılmadı

Azərbaycandan Rusiyaya idxal edilən 73 tona yaxın meyvə Dağıstanla sərhəddə saxlanılıb. Buna səbəb həmin meyvələrdə qurd aşkar edilməsidir. ARANTV.AZ xəbər verir ki, “Yaraq-Qazmalar” buraxılış məntəqəsində dörd partiya malda aparılan sanitar-karantin yoxlaması zamanı meyvələrdə qurd aşkar edilib. Laborator yoxlamalar zamanı digər məhsullarda da oxşar hal müşahidə edilib. Nəticədə 73 tona yaxın armud, gavalı, şaftalının Rusiyaya idxalına qadağa qoyulub. Məhsulların idxal və…

Daha çox ..

Bu libasları heç kim geyinməz – FOTO

Hazırda hazır libaslara olan maraq daha çox olsa da, özəl sifarişlə tikilən geyimlərə də maraq azalmayıb. “Haute Couture” adlanan “Özəl tikiş” termini Çarlz Frederik Vörzləhəyatımıza daxil olub. 1900-cü illərdə Ledi Karzona libas hazırlayan dizayner Paris əsilzadələrinin və Avropanın diqqət mərkəzində olub. Bu hadisədən sonra Çarlz atelyesini açıb və özəl sifarişlər qəbul etməyə başlayıb. ARANTV.AZ  xəbər verir ki, iyul…

Daha çox ..

16 yaşlı qız özünü ağacdan asdı – Atası xəbəri eşidən kimi… – FOTO

Türkiyənin Aydın vilayətində uzun müddətdir depressiyada olduğu deyilən 16 yaşlı Beyza, bağda özünü ağacdan asaraq intihar edib. ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə saat 18.00 radələrində qeydə alınıb. Gənc qızın cansız bədənini görən məhəllə sakinləri dərhal polisə məlumat veriblər. Qızlarının ölüm xəbərini alaraq olay yerinə gələn atası Mustafa E. və yaxınları isə şoka düşüblər. Polis araşdırma aparır.

Daha çox ..

Azərbaycan Rusiyaya ixracı artırmağı planlaşdırır

“Azərbaycan 2018-ci ilin sonunadək Rusiyaya ixracı artırmağı planlaşdırır”. ARANTV.AZ  xəbər verir ki, bunu trend-ə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib. O bildirib ki, ixracın artırılmasında əsas pay meyvə və tərəvəz (xurma, fındıq, pomidor, kartof), reaktiv kerosin, pambıq, alüminium və digər məhsulların payına düşəcək. R.Əliyev əlavə edib ki, Rusiyada yaxın zamanlarda Azərbaycanın yeni şərab evlərinin…

Daha çox ..

85 yaşlı qadın yanaraq öldü

Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. ARANTV.AZ-ın məlumatına görə, 1933-cü il təvəllüdlü Zibaxanım Cəfərzadə naməlum səbəbdən əynindəki paltarını yandırıb. Yaşlı qadını təcili tibbi yardım maşını ilə Yanıq Mərkəzinə çatdırılıb. Həkimlərin göstərdikləri səylərə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırmalara başlanılıb. ölkə.az

Daha çox ..

Amerikalı gənc konsertə gecikdiyi üçün təyyarə oğurladı

ABŞ-da heç bir pilot təcrübəsi olmayan 18 yaşlı gənc rep konsertinə gecikdiyi üçün hava limanından təyyarə oğurlamaq qərarına gəlib. ARANTV.AZ xəbər verir ki, hadisə Arkanzas ştatında baş verib. Teksarkana hava limanına girən 18 yaşlı gənc kiçik təyyarəni oğurlamaq istəyib. O, pilot kabinəsinə girərək düymələri basaraq havaya qalxacağını düşünüb. Hava limanının işçiləri təyyarəyə çataraq gəncə mane…

Daha çox ..

Xanəndəni həmkarı öldürüb, özü isə intihar edib – İki dostun faciəvi sonu

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. ARANTV.AZ-ın məlumatına görə, N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb. Faktla bağlı araşdırma aparılır. report

Daha çox ..

Mobil cihazların qeydiyyatı ilə bağlı yeni – RÜSUMLAR

Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumlarının məbləğləri açıqlanıb. ARANTV.AZ  xəbər verir ki, “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar qəbul olunub. Qərara görə, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın…

Daha çox ..

“Bərdədə OBA” marketin administratorunu bıçaqladılar – YENİLƏNİB

Dünən Bərdə rayonunda yerləşən “OBA” marketlər şəbəkəsində bıçaqlanma hadisəsi baş verib. “OBA marketlər” şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsi məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib: “Hadisə zamanı mağaza adminstratoru dörd bıçaq zərbəsi alıb. Zərər çəkən əməkdaşımız dərhal xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəbi hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hadisəni törədən Məmmədov Rahim bir gün öncədən “OBA” marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək marketdə çalışan Yeganə…

Daha çox ..