Trenddə
Bugünkü Xəbərlər
Bərdə “Ali-Mehdi” Taekvondo Klubu və onun baş məşqçisi Malik Mirzəyev bölgədə gənc idmançıların yetişdirilməsində mühüm rol oynayırlar.
Bu gün Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vüsal Bayramovun doğum günüdür.
Bərdə “Ali-Mehdi” Taekvondo Klubu və onun baş məşqçisi Malik Mirzəyev bölgədə gənc idmançıların yetişdirilməsində mühüm rol oynayırlar.
Emin Ağalarov işçilərini belə danladı, iradlar yağdırdı: Sea Breeze-də təftiş var – VİDEO
İstanbulda İŞİD-lə bağlı ƏMƏLİYYAT – 38 əcnəbi saxlanıldı
İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 38 xarici vətəndaş saxlanılıb. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, xüsusi əməliyyat eyni zamanda İstanbulun 12 ünvanında aparılıb. Saxlanılan şəxslər müxtəlif terror aktları hazırlamaqda şübhəli bilinir. Əməliyyat zamanı çoxlu sayda sənəd və avadanlıqlar müsadirə edilib. Həmin şəxslərin milli mənsubiyyəti barədə məlumat verilmir.
STAR neft emalı zavoduna ilk Azərbaycan nefti gətirildi
Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna Azərbaycandan ilk xam neft gətirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji”nin cümə günü yaydığı məlumatda bildirilir. Zavoddan qeyd olunub ki, STAR zavodu üçün 80 min ton həcmində “AzeriLight” markalı ilk xam neft yükü “Absheron” adlı tankerlə çatdırılıb. Məlumatda zavodda oktyabr ayına qədər sınaq məqsədilə […]
“Artilleriya atəşinin ustaları” müsabiqəsi mərhlələr üzrə davam edir – VİDEO
ARANTV.AZ xəbər verir ki, Azərbaycan hərbçilərinin də iştirak etdiyi və Qazaxıstanın Otar hərbi bazasında “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi mərhələlər üzrə davam edir.
Reyhanın bu günə qədər bilmədiyimiz MÖCÜZƏVİ FAYDALARI
Reyhan bitkisinin insan orqanizminə faydalarını saymaqla bitib-tükənməz. ARANTV.AZ xəbər verir ki, ürək xəstəliyi, nəfəsalma problemi kimi ciddi xəstəliklərin müalicəsində reyhanın təsiri çoxdur. Tərkibində antibakterial, anti oksidləyici kimi xüsusiyyətləri olan reyhanın qoxusu və dadı da xoşdur. Reyhanın faydaları aşağıdakılardır: – Həzmi asanlaşdırır; – Mədə və bağırsaqdakı köpün və şişkinliyin azalmasına kömək edir; – Mədə bulantısı və […]
Qadın sağlamlığını və gözəlliyini qoruyan QİDALAR
ARANTV.AZ xəbər verir ki, qadının sağlamlığı və gözəlliyi onun orqanizmində olan qadın hormonlarının səviyyəsindən asılıdır. Estrogenlər adlandırılan bu hormonların qadının ürək-damar, cinsiyyət sistemlərinin, sümüklərinin sağlamlığında böyük rol oynayır. Estrogenlərlər həmçinin qadının dərisinin cavanlığını, elastikliyini və nəmliyini təmin edir. Müəyyən yaşda qadın orqanizmində estrogenlərin ifrazı azalır. Bu fizioloji prosesdir və orqanizmin ümumi qocalması ilə bağlıdır. Bu […]
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
ARANTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda isə 22-27 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanların isə nəzərinə çatdırılır ki, hava şəraitinin yağmursuz keçəcəyi […]
04 avqustda gözlənilən hava şəraiti
ARANTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Bakıda və Abşeron yarımadasında Avqustun 04-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm […]
Xəbərdarlıq
ARANTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda,Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 06-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bəzi şimal və qərb rayonlarında avqustun 04-06-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı […]
“Miryusifin qətlində başqa adamın əli var” – Xanəndənin qardaşı
“Qardaşım Miryusifi məndən çox istəyirdi. Onlar hər dəfə öpüşüb görüşərdilər, qardaş kimi münasibətləri vardı. Novruzun Miryusifi öldürməsi üçün səbəb tapa bilmirəm. Məncə, bu işdə başqa bir şəxsin əli var” ARANTV.AZ xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib. Son günlər ölkənin ən səs-küylü cinayət hadisəsindən […]