Umayra Tağıyeva yeni vəzifəyə təyin olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatı olub. ARANTV.AZ report-a istinadən xəbər verir ki, Umayra Tağıyeva Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. U.Tağıyeva 2018-ci ilin may ayından etibarən həmin şöbənin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri vəzifəsində çalışırdı.

Daha çox ..

Soyuqdəyməyə görə iynə vurdurdu: şoka düşdü

Tovuz rayonunda yerli sakin soyuqdəyməyə görə vurulan iynədən sonra şoka düşüb. ARANTV.AZ report-a istinadən xəbər verir ki, Qovlar şəhər sakini, 45 yaşlı Asif Babakişi oğlu özünə soyuqdəymə üçün iynə vurdurub. Bu zaman anidən vəziyyəti ağırlaşaraq şoka düşüb. Şəxs xəstəxanaya aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Yaxınlarının bildirdiyinə görə, iynə ilə vurdurduğu dərmandan əvvəllər də istifadə edib….

Daha çox ..

Gədəbəy sakini atasını döyüb xəstəxanalıq etdi

Gədəbəy rayon sakini oğlu tərəfindən döyülüb. ARANTV.AZ report-a istinadən xəbər verir ki, rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. A.Məmmədhəsənov oğlu tərəfindən döyüldüyünü deyib. Onun oğlu Yaşar Məmmədhəsənov polis tərəfindən saxlanılıb. Sərxoş olan gənc atasını döyməyi xatırlamadığını…

Daha çox ..

Cari ilin 6 ayında “Şahdəniz” üzrə fəaliyyətlərə 250 milyon dollar əməliyyat, 798 milyon dollar isə əsaslı xərclər sərf olunub

ARANTV.AZ xəbər verir ki, Cari ilin birinci yarısında “Şahdəniz” yatağından 5 milyard kubmetr təbii qaz və 1 milyon 100 min ton kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 32 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard 900 milyon kubmetrdir. “Şahdəniz” yatağı Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına etibarlı şəkildə qaz…

Daha çox ..

Rusiya və Azərbaycan Xəzərlə bağlı razılaşma imzalayacaq

Rusiya Federasiyası hökuməti Xəzəryanı ölkələrin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiqləyib. ARANTV.AZ xəbər verir ki, baş nazir Dmitri Medvedevin müvafiq sərəncamında bununla bağlı danışıqlar aparmaq və saziş imzalamaq tapşırılıb. “Rusiya Nəqliyyat Nazirliyinə Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan tərəfləri ilə danışıqlar aparmaq və razılaşmalar əsasında sazişlər bağlamaq tapşırılsın”, – sənəddə…

Daha çox ..

Bərdədə qız üstündə administratoru bıçaqladılar

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Bərdə şəhər Ticarət Mərkəzində baş verib. Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında işləyən Məmmədova Yeganə Şakir qızına qarşı mağazanın administratoru, 1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib. Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini, 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə…

Daha çox ..

Qusarda üç uşaq anası intihar etdi

Qusar rayonunda üç uşaq anası intihar edib. ARANTV.AZ-ın Report-a istinadla verdiyi məlumata görə, rayonun Köhnə Xudat kənd sakini, 1952-ci il təvəllüdlü Təranə Hüseynova özünü su ilə dolu hovuza ataraq intihar edib. 58 yaşlı qadının meyiti yaxınları tərəfindən hovuzda aşkar edilib. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox ..

Goranboy sakini güllələnib – TƏFƏRRÜAT + YENİLƏNİB

Goranboyda güllələnmənin səbəbi məlum olub. ARANTV.AZ-ın məlumatına görə, hadisə ehtiyatsızlıqdan baş verib. Rayonun Hazırəhmədli kənd sakini, 1983-cüil təvəllüdlü Rəfiyev Emil İlqar oğlu özünə məxsus qarğıdalı sahəsində olan itləri qovmaq üçün tüfəngdən atəş açıb. Həmin vaxt açılan güllə onun özünə istiqamətlənib. Kənd sakini xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 08:51 Goranboyda güllələnmə olub. ARANTV.AZ-ın Report-a istinadən verdiyi məlumata görə,…

Daha çox ..

Xoşbəxtliyin sirri çözüldü

Stendford institutunun mütəxəssisləri keçirdikləri təhqiqatlar nəticəsində xoşbəxtliyə çatmağın yollarını tapıblar. Təhqiqatların nəticəsində məlum olub ki, insanlar əlindən gələn yaxşılıqları digərlərinə edən zaman özlərini xoşbəxt hesab edirlər. ARANTV.AZ bildirir ki, sözügedən təhqiqatda bir neçə könüllü insan iştirak edib. Təhqiqatların nəticəsində məlun olub ki,  nəyisə kiməsə bəxş edən insanlar, kimdənsə nəsə qəbul edən insanlardan daha xoşbəxt olurlar. Mütəxəssislər…

Daha çox ..

Xanəndənin meyiti kanaldan tapıldı

Ötən gün yol qəzasına düşərək ölməsi barədə məlumat yayılan gənc xanəndə Novruz Hüseynovun meyiti tapılıb. ARANTV.AZ-ın AzVision.az-a istinadən məlumatına görə, xanəndənin cəsədi bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edilib. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir. Xatırladaq ki, ötən gün N.Hüseynovla birlikdə toy mərasimindən qayıdan xanəndə…

Daha çox ..