Əməliyyata girən “Toppuş bacı” ağladı: “Sağ-salamat qayıdım”+Video

Xərçəng xəstəliyinə tutulmuş əməkdar artist Tünzalə Əliyevanın yeni görüntüləri yayılıb.   ARANTV.AZ xəbər verir ki, görüntüləri aparıcı Hacı Nuran sosial mediada paylaşıb. Əməliyyata girməzdən öncə çəkilmiş videoda aktrisanın ağladığı diqqətdən yayınmır. O, özü də daxil olmaqla bütün xəstələrə şəfa diləyib: “Gedirəm əməliyyata, sağ-salamat qayıdım. İnşaAllah ki, görüşərik. Hamıya uğurlar. Allah bütün xəstələrə şəfa versin”. axşam.az

Daha çox ..

“Xahiş edirəm, tez qayıt” – “Toppuş bacı”nın əri

Xərçəng xəstəliyinə düçar olan əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial mediada paylaşım edib. ARANTV.AZ xəbər verir ki, o, türkiyəli müğənni Mahsum Kırmızıgülün “Belalım” mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına ürək sızladan mesaj göndərib: “Bəzən həyat çox amansız olur. Bəzən isə sən çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan. Tez qayıt, xahiş…

Daha çox ..

“Toppuş bacı” xərçəng xəstəliyinə tutulub – Foto

“Toppuş bacı” ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyinə yoluxub. ARANTV.AZ xəbər verir ki, bu barədə “Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O, xəstəxanada aktrisa ilə birgə çəkilmiş şəklini paylaşaraq yazıb: “Həyat bir imtahandır. Ya bu imtahandan keçirsən, ya da kəsilirsən…Qəribə olanı odur ki, burada hazırlıq, bilik, savad rol oynamır….

Daha çox ..

Nazir: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Qəbələ Beynəlxalq Musiqi Festivalı ən nüfuzlu beynəlxalq festivallarının siyahısına daxil olub”

Qəbələ Beynəlxalq Musiqi Festivalı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində ən nüfuzlu beynəlxalq festivalların siyahısına daxil olub. ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib: “Qəbələyə festivala ən yaxşı dünya şöhrətli musiqiçilər, kollektivlər və vokalçılar gəlir. Bu yüksək nəticədir, çünki bu gün Qəbələyə…

Daha çox ..

Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər nə yerdədir?

Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər davam edir. ARANTV.AZ xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən trend-ə bildiriblər ki, hazırda Qəbələyə dəmir yolu xətlərinin çəkilməsi istiqamətində işlər aparılır, torpaq yatağı hazırlanır: “Qəbələyə yol Ləkidən dönməklə çəkiləcək. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər gediləcək….

Daha çox ..

FHN dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabul rayonu ərazisində ağır yol qəzası ilə bağlı məlumat yayıb. ARANTV.AZ xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “KAMAZ” markalı yük avtomobili ilə “BMW” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə…

Daha çox ..

Oğuz sakininin yaşadığı mənzili partlatmaq cəhdinin qarşısı alınıb

Oğuz şəhər sakini yaşadığı mənzili partlatmaq istəyib. ARANTV.AZ APA-ya istinadən bildirir ki, iyulun 31-i axşam saat 21 radələrində Oğuz şəhəri avtovağzal yaxınlığında yaşayış binalarının birində yaşayan 1990-cı il təvəllüdlü Aslan Məhyəddin oğlu Kərimov yaşadığı mənzildə təbii qazı açaraq mənzili partlatmaq niyyətində olduğunu bildirib. Hadisədən xəbər tutan Aslan Kərimovun anası Oğuz rayon Polis Şöbəsinə müraciət edib….

Daha çox ..

Bakıda parkda sərxoş halda olan kişi bıçaqlanıb

Sabunçu rayonunda naməlum şəraitdə bir nəfər xəsarət alıb. ARANTV.AZ  report.az-a istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Avtobus sürücüsü Sülh küçəsində yerləşən parkda təxminən 40-45 yaşlı kişinin qarının açıq kəsilmiş yaralarını görüb ona kömək edib. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Məlum olub ki, adı hələlik bilinməyən şəxs bıçaqlanıb. Faktla bağlı Sabunçu Rayon…

Daha çox ..

Ölümlər 5 dəfə artacaq, 2080-ci ilə qədər 20 dövlətdə… – Alimlərdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ

2080-ci ilə qədər tropik və subtropik regionlarda yüksək tempuraturın qurbanlarının sayı beş dəfə artacaq. ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, bu haqda Avstraliyadan olan alimlər bildiriblər. Tədqiqatçıların fikrincə, Avstraliyanın özündə istidən ölüm faizi 471 faiz artacaq. Ölənlərin sayı Hindistan, Yunanıstan, Yaponiya və Kanadada da əhəmiyyətli dərəcədə çoxalacaq. İqlimşünaslar proqnozlaşdırırlar ki, uzunmüddətli qeyri-adi iqlim dəyişikliyi müddətində…

Daha çox ..