İranda yol qəzasında üç Azərbaycan vətəndaşı öldü
İranın Ərdəbil əyalətinin şimalında Parsabad – Cəfərabad magistral yolunda baş vermiş yol qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itirib. ARANTV.AZ-ın APA-ya istinadla verdiyi xəbərə görə, avqustun 31-də günün ikinci yarısında Parsabad-Cəfərabad magistral yolunun Əcirlu bölgəsində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Ərdəbil əyalətinin yol polis rəisi general Höccət Fəttahi açıqlamasında bildirb ki, “Peugeot” markalı…
