Azərbaycanlı Ukraynada dörd yaşlı qızı qarət etdi

Ukraynanın Xerson bölgəsində Azərbaycan vətəndaşı dörd yaşlı qızı qarət edib. ARANTV.AZ xəbər verir ki, bununla bağlı Xerson vilayətinin polis bölməsinin mətbuat xidməti məlumat yayıb. “Cinayət Suvorov rayonunda baş verib. Naməlum şəxs dörd yaşlı qıza yaxınlaşıb, onun əlindən tutub və kolluğa aparıb. Orada o, uşağın qulağındakı qızıl sırğaları çıxarıb və aradan çıxıb. Cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb”,…

Daha çox ..

01 avqustda gözlənilən hava şəraiti

ARANTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Bakıda və Abşeron yarımadasında Avqustun 01-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35,…

Daha çox ..

Avqust ayına olan hava proqnozu

ARANTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə avqust ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Avqust ayının birinci ongünlüyündə hava şəraitinin sabit keçəcəyi,…

Daha çox ..

Naxçıvan Nəqliyyat Nazirliyi ləğv edildi

Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb. Fərmana əsasən avtomobil nəqliyyatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb….

Daha çox ..

Oqtay Şirəliyevdən şəkərli diabet xəstələrinə aid sərəncam

Səhiyyə naziri Oqtay Şirəliyev “Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. ARANTV.AZ xəbər verir ki, sərəncamda “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üzrə Nazirliyin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədi ilə işçi qrupu yaradılıb. Sənəddə işçi qrupuna şəkərli diabet xəstələrinə göstərilən…

Daha çox ..

Anasız qalmaq uşağın beyin funksiyalarını necə dəyişir? – İnanılmaz ALİM RƏYİ

Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir. ARANTV.AZ xəbər verir ki, İndiana və Purdue Universiteti alimləri bununla bağlı araşdırma aparıb. Alimlərin siçanlar üzərində tətbiq etdiyi araşdırma zamanı bəlli olub ki, həyatlarının ilk vaxtlarından analarından uzaq qalmaları onlarda travma yaradır. Heyvanların sonrakı dövrlərdə isə beyin…

Daha çox ..

“Müğənnilər üçün 10 qəpik pul deyil…” – Şou-biznes əhli gediş haqqının artmasından danışdı

Xəbər verdiyimiz kimi, Tarif Şurasının ötən gün verdiyi qərara əsasən, cari ilin 1 avqust tarixindən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən…

Daha çox ..

Akif Çovdarovun pul aldığı şəxs Ali Məhkəməyə şikayət verdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər şəxslərin işində zərərçəkmiş kimi tanınan şəxslərdən biri olan İlqar Aşurbəyov Ali Məhkəməyə müraciət edib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edən İlqar Aşurbəyov mülki iddiasını təmin edilməsini istəyir. Onun…

Daha çox ..

Xaçmaz sakini intihar etdi

Xaçmaz rayonunda 32 yaşlı kişi öz canına qəsd edib. ARANTV.AZ report-a istinadən xəbər verir ki, rayonun Qusarçay kənd sakini 1986-cı il təvəllüdlü Fariz Soltanov yaşadığı evin həyətində özünü asaraq intihar edib. İntiharın səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Daha çox ..