Hindistanda leysan yağışlar: 569 nəfəri öldü

Hindistanda leysan yağışlar 569 nəfərin ölümünə səbəb olub. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Hindistan daxili işlər nazirliyinin açıqlamasında bildirilir. Məlumata əsasən, leysan yağışların yol açdığı daşqın və torpaq sürüşmələri səbəbindən son ay ərzində 569 nəfər həyatını itirib. Meteoroloqlar yağışların davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Daha çox ..

Əbu-Dabidə yol qəzası: ölən və yaralananlar var

Birləşmiş Ərəb Əmirliklərində yol qəzası nəticəsində bir neçə nəfər ölüb, onlarla insan xəsarət alıb. ARANTV.AZ trend-ə istinadən bildirir ki, Əbu-Dabidə fəhlələri daşıyan avtobus minik avtomobilinə, həmin nəqliyyat vasisəti isə öz növbəsində mikroavtobusa çırpılıb. Avtobus bir neçə dəfə aşaraq metal maneələrə çırpılıb. Nəticədə 3 nəfər ölüb, 44 nəfər xəsarət alıb. Polisin ehtimalına görə, hadisənin baş verməsində təqsirkar…

Daha çox ..

Bakıda gənc qızı avtomobil vurub

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. ARANTV.AZ report-a istinadən bildirir ki, hadisə “Xutor” kimi tanınan ərazidə baş verib. 1990-cı il təvəllüdlü Rüstəmova Firuzə Vaqif qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Daha çox ..

Filippində daşqınlar – 13 ölü

Filippinin sıx məskunlaşmış Luson adasında daşqınlar nəticəsində azı 13 nəfər həlak olub. ARANTV.AZ trend-ə istinadən bildirir ki, musson yağışları adanın qərb hissəsində tüğyan edir. Bir nəfərin itkin düşdüyü deyilir. Qeyd olunur ki, ümumilikdə təbiət hadisəsindən 2 milyona yaxın sakin əziyyət çəkib. Yaxın günlərdə mussonun Luson adasından şimalda yerləşən Mindoro və Palavan adalarına doğru hərəkət edəcəyi proqnozlaşdırılır….

Daha çox ..

Bakıda ər arvadını boğazından bıçaqladı

Nəsimi rayonunda qadın qısqanclıq zəminində bıçaqlanıb. ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində yerləşən mənzildə baş verib. 1988-ci il təvəllüdlü Məhəbbət Şıxıyeva həyat yoldaşı ilə mübahisə edib. Əri onu qısqanclıq zəminində döyüb. Daha sonra qadın qol və boğaz nahiyələrindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə…

Daha çox ..

Qardaşının ölüm xəbərini aldı, morqa gedəndə… – TÜKLƏRİNİZ BİZ-BİZ OLACAQ

Misirdə paytaxt Qahirənin xəstəxanalarından birində vəfat edən kişinin gözləri oğurlanıb. ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, bu haqda mərhumun qardaşı bildirib. “Səhər saatlarında xəstəxananın rəhbərliyi qardaşımın ölümünü xəbər verdi. Morqa gedərək cəsədi təhvil alanda qardaşımın oğurlanan gözlərinin çıxarıldığını gördük”, – Abduttavab adlı misirli deyib. Onun sözlərinə görə, xəstəxananın işçiləri hadisənin necə baş verdiyinə dair məlumatlarının…

Daha çox ..

Bakıda intihara cəhd olub

Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib. ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, xəbərinə görə, hadisə Dadaş Bünyadzadə küçəsində yerləşən mənzildə qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Tural Zülfüqarov yaşadığı evin yataq otağında özünü tavandan asıb. Lakin yaxınları onun intihara cəhdinin qarşısını alıb. T.Zülfüqarovun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla…

Daha çox ..

ÇL-də II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. ARANTV.AZ-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldova “Şerif”i evdə Makedoniya “Şkendiya”sını sınağa çəkəcək. İlk oyunda İsrailin “Hapoel” komandasını beş cavabsız qolla üstələyən Xorvatiya “Dinamo”su möcüzə baş verməsə, növbəti mərhələyə vəsiqə qazanacaq. Günün son matçı Slovakiyada keçiriləcək….

Daha çox ..

“Beləsini heç kim etməyib” – Renkadan iddialı sözlər

“Stil simvol” ləqəbi ilə tanınan rəqqasə Renka yaradıcılığında ona uğur gətirəcək daha bir layihəni repertuarına daxil edib.ARANTV.AZ-ın məlumatına görə, Renka eyni zamanda hələ Azərbaycan şou-biznesində belə bir layihə olmadığını iddia edib: “Özümdən razı olduğum üçün deyil, gördüyüm işlərin keyfiyyətinə güvənərək, əminliklə deyə bilərəm ki, bu formatda yerli şou-biznesdə beləsi olmayıb, ilk layihə gəlir. Hazırsınız? Sizcə…

Daha çox ..