Əfqanıstanda avtobusda partlayış: 8 nəfər ölüb, 40 nəfər yaralanıb
Əfqanıstanda ictimai nəqliyyatda törədilən partlayış nəticəsində 8 nəfər ölüb, 40 nəfər yaralanıb. ARANTV.AZ report-a istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib. Hadisə Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətində olub. Partlayışın məsuliyyətini regionda fəaliyyət göstərən heç bir terrorçu qruplaşma hələlik üzərinə götürməyib.
