Moskvada MDB ölkələrinin İqtisadi Şurasının komissiya iclası işə başlayır

ARANTV.AZ xəbər verir ki, bu gün Moskvada, MDB ölkələrinin İqtisadi Şurasının komissiya iclası başlayır. İclasda azad ticarət zonasının yaradılması, vergi orqanlarında elektron informasiya sistemilə bağlı məlumatların hazırlanmasına dair fikir mübadiləsi aparılacaq. Şura üzvləri  həmçinin gələn il üçün birlik orqanlarının ümumi büdcəsini müzakirə edəcəklər. Toplantı iştirakçıları 2020-ci ilədək dövlətlərarası innovasiya proqramlarının reallaşdırılması istiqamətində kompleks tədbirlər planını…

Daha çox ..

Ünvanlı dövlət sosial yardımı almaq üçün prosedur sadələşdirilir

ARANTV.AZ xəbər verir ki, ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin işçi komisisyası tərəfindən hazırlanan təkliflər planına əsasən, sosial yardımın alınması üçün elektron qaydada müraciət zamanı “Ərizə-bəyannamə”nin doldurulması üçün tələb olunan məlumatların sayının azaldılması…

Daha çox ..

Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb

ARANTV.AZ xəbər verir ki, Dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri bu ilin 6 ayında daha intensiv xarakter alıb. İlin birinci yarısında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 184 vəzifəli şəxs barəsində 115 cinayət işi istintaq olunaraq baxılması üçün məhkəmələrə göndərilib. Həmin cinayət işləri arasında qulluq mövqeyindən istifadə…

Daha çox ..

“The Daily Caller” qəzetində Dağlıq Qarabağ münaqişəsi barədə məqalələr dərc olunub

ARANTV.AZ xəbər verir ki, Azərbaycanlılar Dağlıq Qarabağda və ona bitişik rayonlarda etnik təmizləməyə məruz qalıblar. Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərində oyuncaq rejim qurulsa da, ötən 25 il ərzində heç bir ölkə bu rejimi tanımayıb. Bu fikirlər siyasi icmalçı Raul Loueri Kontrerasın ABŞ-ın “The Daily Caller” nəşrində dərc olunan məqaləsində əksini tapıb. Yazıda bildirilir ki,…

Daha çox ..

İspaniyada sərnişin gəmisi yandı — FOTOLAR

İspaniya sahillərində dəhşətli faciə baş verib. ARANTV.AZ xəbər verir ki, İspaniyanın şimalındakı Qalisiya əyalətində bir sərnişin gəmisi dənizin ortasında yanmağa başlayıb. 48 sərnişin və 4 ekipaj üzvü olan gəmiyə sahil mühafizə xidməti müdaxilə edib. Amma bildirilir ki, yanğın zamanı yaralananların sayı çoxdur. Əldə edilən məlumata görə, sərnişin gəmisi Toksa adası sahillərində başqa bir qayıqla toqquşub….

Daha çox ..

Şirvan sakini Kürdə boğuldu

Şirvan sakini Kür çayının Sabirabad hissəsində boğularaq ölüb. ARANTV.AZ-ın Report-a istinadən verdiyi məlumata görə, Şirvan şəhər sakini 1988-ci il təvəllüdlü Pirverdiyev Samir Yavər oğlu Kür çayında üzmək üçün çaya girib. O, boğulub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Xilasedicilər mərhumun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Daha çox ..

BAXCP sədri səfirə başsağlığı verdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosa başsağlığı məktubu göndərib. ARANTV.AZ xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab səfir! Yunanıstanda baş verən dəhşətli meşə yanğınlarının çoxsdaylı insan tələfatına səbəb olması məni dərindən kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına,…

Daha çox ..

İsmayıllıda kişi meyiti tapıldı

İsmayıllı rayonu Namazgah kəndinin ərazisində naməlum kişi meyiti tapılıb. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, Namazgah kəndində yaşayan Atayev Elşad İkram oğlu və Babayev Elməddin Əfqan oğlu xırdabuynuzlu heyvanları Namazgah və Bağəli kəndləri ərazisində otarmağa apararkən orada çürümüş insan meyiti görüblər və bu barədə dərhal polis şöbəsinə məlumat veriblər. İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları meyit…

Daha çox ..

Avtomobil dayanacaqda iki piyadanı vurdu: biri öldü – Ağsuda

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir yolunda, Çiyni kəndinin avtobus dayanacağında qeydə alınıb. Kürdəmir sakini, 1961-ci il təvəllüdlü Xəlilov Hamlet Əlisəfa oğlu “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq kənardakı dayanacaqda avtobus gözləyən iki nəfər Gəncə sakinini,…

Daha çox ..

“Röya mənim üçün ulduz deyil…” – Natavan sirləri açdı

ARANTV.AZ axşam.az-a istinadən Müğənni Natavan Həbibinin müsahibəsini təqdim edir: – Yay fəslidir, hamının başı istirahətə qarışıb, yaradıcılıqla məşğul olan yoxdur. Natavan Həbibi bu yayı necə keçirir? – İndi 10 yeni mahnım var. Hamısı yavaş-yavaş hazırlanır. Bəziləri hazırdır, bəziləri yox, bəziləri isə aranjimandadır. Albom etmək istəyirəm. Amma əsas məqsədim konsert repertuarı yığmaqdır. İstəyirəm konsert edəndə, köhnə mahnılarıma…

Daha çox ..