Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

Bir şəhidin son günü

By Vüsal Rafiqoğlu
12.04.2021 3 Min Read

İmam Zeynülabidin (ə) İmam Hüseynin (ə) ortancıl oğludur. İmam Hüseyn (ə) öz oğullarından üçünü atası Əlinin (ə) şərəfinə adlandırmışdı. Böyük Əli (Əliəkbər) Kərbəlada döyüşərək şəhid olmuş, kiçik Əli (altı aylıq südəmər Əliəsğər) aşura günü atasının qucağında oxla vurularaq şəhadətə çatmışdı.

İmam Zeynülabidinin (ə) ibadət və zöhdü müasirləri arasında məşhur idi. Elə “Zeynülabidin” (yəni ibadət edənlərin bəzəyi) ləqəbini də buna görə o həzrətə vermişdilər. Onun digər ləqəbi “Səccad”dır, yəni çox səcdə edən.

İmamın nümunəvi əxlaqı, dürüst davranışı dillər əzbəri idi. Sədaqət və güvən mənbəyi kimi tanınırdı. Mədinədə Əməvilərə qarşı Abdullah ibn Hənzələnin başçılığı altında qiyam qalxanda İmam bu hərəkatın uğursuzluğunu qabaqcadan bildiyi üçün ona qoşulmadı və Mədinəni tərk edib şəhər ətrafındakı evinə köçdü. Əməvi nəslinin nümayəndəsi, xəlifələrin sağ əli, Əhli-beytin düşməni Mərvan ibn Həkəm o zaman Mədinə valisi idi. İğtişaşdan qorxuya düşən Mərvan öz ailə üzvləri üçün sığınacaq axtardığı zaman məhz İmam Zeynülabidinə (ə) etibar etdi. O, öz ailəsini İmamın (ə) evinə gətirib Onun himayəsinə tapşırdı. Aradakı mənfi münasibətə baxmayaraq, İmam Zeynülabidin (ə) Mərvanın xahişini qəbul etdi, onun ailəsinə öz evində sığınacaq verdi, qarışıqlıq bitəndən sonra onları sağ-salamat halda Mərvana təhvil verdi. Bəziləri elə düşünürdü ki, İmam (ə) Kərbəlada qanına qəltan edilən körpə və yeniyetmələrin intiqamını Mərvanın ailəsindən alacaq. Lakin o həzrət üçün əmanətə sədaqət hər şeydən üstün idi.

Həzrət Zeynülabidinin (ə) imamlıq müddəti zalım Əməvi xəlifələrinin hakimiyyət dövrünə təsadüf etmişdir.

Atasına və Peyğəmbər nəslinin digər nümayəndələrinə qarşı Kərbəlada törədilmiş misli görünməmiş faciə İmam Zeynülabidinin (ə) bütün həyatnda öz izini qoymuşdu. O həzrət bütün ömrü boyu aşura ideyalarının yaddaşlarda yaşamasına çalışdı, özü də bunu ən zalım Əməvi xəlifələrinin gözü qarşısında etdi. İmam Zeynülabidin (ə) öz imaməti dövründə baş vermiş qiyamlara qoşulmasa da, daha təsirli və zülm rejimi üçün daha təhlükəli mübarizə yolunu seçdi – Əhli-beyt məktəbinə layiqli tələbələr yetişdirdi. İslam tarixinin parlaq simaları olan Səid ibn Cübeyr, Səid ibn Müseyyib, Əbu Həmzə Sumali, Cabir ibn Abdullah Ənsari, İmamın öz oğlu Zeydi-şəhid və başqaları bu məktəbin yetirmələridir.

Kufə valisi, hakimiyyəti dövründə minlərlə günahsız Əhli-beyt dostunu şəhid etmiş Həccac bir gün Səid ibn Cübeyri yanına çağırtdırdı. O, növbə ilə Kufədə və ətraf məntəqələrdə yaşayan mötəbər şəxsləri sarayına gətizdirib boynunu vurdururdu. Növbə Səidə çatmışdı. Həccac əvvəlcə Səidi sorğu-suala tutdu, imamət və hakimiyyət haqqında fikrini soruşdu. Aldığı cavablar Həccacı qane etmədi. O, Səidi var-dövlətlə satın alıb öz tərəfinə çəkməyə çalışdı. Səid nəinki bu təklifi qəbul etmədi, hətta Həccaca üz tutub söylədi: “Əgər bu sərvəti qiyamət gününün əzabından xilas olmaq (yəni sədəqə vermək) üçün toplamısansa, sənə zaval yoxdur. Amma əgər bundan ötrü yığmamısansa, bil ki, qiyamət gününün dəhşəti çox böyükdür; hətta analar öz südəmər körpələrini qorxudan unudacaqlar. Pak və halal miqdarını çıxmaqla, dünya malını toplamağın faydası yoxdur”.

Həccac Səidi heç cür ram edə bilməyəcəyini anladı və yeganə çıxış yolunu onu aradan götürməkdə gördü.

Səiddən soruşdu: “Səni necə öldürməyimi istəyirsən?” Cavab verdi: “Necə istəyirsənsə, elə də öldür. Amma bil ki, məni hansı qaydada öldürürsənsə, Allah qiyamətdə səni də o şəkildə cəzalandıracaq”.

Həccacın əmri ilə cəlladı çağırdılar. Səid edam yerini görəndə bu ayəni oxudu: “Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” (Ənam, 79).

Həccac cəllada əmr verdi: “Onun üzünü qiblədən kənara çevir!” Səid bu ayəni tilavət etdi: “Hansı tərəfə yönəlsəniz (üz tutsanız), Allah oradadır” (Bəqərə, 115).

Həccacdan növbəti əmr gəldi: “Başını kəsəndə üzünü yerə qoy!” Səid cavabını bu ayə ilə verdi: “Sizi torpaqdan yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq” (Taha, 55).

Hövsələsini itirmiş Həccac bağırdı: “Tez başını üz!” Səid son nəfəsində kəlmeyi-şəhadəti söyləyib şəhidliyi qəbul etdi…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Quran möcüzələri

Next

Az yemək və qənaətə riayət etmək

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv