Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

Quran möcüzələri

By Vüsal Rafiqoğlu
12.04.2021 4 Min Read

İBRƏT

Londonun məşhur Britaniya Muzeyində tamaşaçıları heyrətə gətirən bir zal vardır: Mumiyalar şöbəsi.

Qədim Misirə və başqa antik mədəniyyətlərə məxsus onlarla mumiyalanmış cəsəd bu şöbədə nümayiş etdirilir. Qədim dünyanın şanlı hökmdarlarının cəsədləri o dövrün saray həkimlərinin səyi nəticəsində çürüməmiş halda qalaraq sanki keçmişin ab-havasını bu günə ötürür.

Məlum olduğu kimi mumiyalanmış cəsədlərin bütün orqanları şıxarılır və onların yerinə cəsədi çürüməyə qoymayan xüsusi maddələr doldurulur. Başdan-ayağa kimi həmin maddələrlə işlənmiş cəsəd uzun əsrlər boyu çürümür.

Lakin Britaniya Muzeyinin Mumiyalar şöbəsindəki qədim bir eksponat tamaşaçıların daha çox diqqətini cəlb edir. Məsələ bundadır ki, bu şöbədə nümayiş etdirilməsinə baxmayaraq, həmin cəsəd əslində mumiyalanmamışdır. Təqribən 3000 il bundan əvvəl yaşamış qədim Misir fironlarından birinə məxsus bu cəsəd yalnız və yalnız Allahın qüdrəti sayəsində heç bir tibbi və kimyəvi müdaxiləsiz halda qorunmuşdur. Cəsədin bütün orqanları tamdır. Hətta başındakı saralmış saçları və saqqalı belə görünməkdədir.

Adi cəsəd adətən bir neçə həftə ərzində çürüdüyü halda, görəsən, bu firon cəsədi niyə çürüməmişdir? Hətta mumiyalanmış cəsədlər belə müəyyən müddətdən sonra təkrar kimyəvi işlənməyə möhtac olduğu halda, bu cəsəd zamanın dağıdıcı təsirləri qarşısında necə salamat qalmışdır?

Bu sirrin cavabı müqəddəs Qurani-Kərimdədir. 1400 il bundan öncə endirilmiş Quranda Allah-təala bu qəribə cəsəd haqqında məlumat vermişdir.

Əhvalat təqribən eramızdan 1200 il əvvəl baş vermişdir. Bəni-İsrail xalqının böyük peyğəmbərlərindən sayılan Həzrət Musa (ə) Misir fironunun sarayında böyüyüb boya-başa çatdıqdan sonra baş vermiş bir əhvalat nəticəsində Misri tərk edib qaçmalı oldu. O, Mədyən torpağında Həzrət Şueyb peyğəmbərin (ə) himayəsi altında bir neçə il yaşayır, orada ailə qurur. Allah-təala yenidən Musa peyğəmbərə (ə) əmr edir ki, Misir torpağına qayıtsın, fironu haqq yola çağırsın və çətinlikdə olan Bəni-İsraili Misirdən çıxarıb öz ata-baba torpaqlarına gətirsin.

Həzrət Musa (ə) Allahın əmri ilə Misrə dönür, amma burada fironun güclü müqaviməti ilə qarşılaşır. Apardığı təbliğata, göstərdiyi möcüzələrə baxmayaraq, Musa (ə) allahlıq iddiasında olan fironu hidayət etməyə müvəffəq olmur. Uzun sürən cəhdlərdən sonra Musa (ə) Bəni-İsraili toplayıb gizlincə Misirdən çıxarır və Qırmızı dənizin sahili boyunca öz vətəninə doğru gətirir. Azacıq sonra əhvalatdan xəbər tutan firon qəzəblənib böyük ordu ilə onları təqib edir. Qırmızı dənizin sahilində fironun ordusu Bəni-İsraili haqlayır. Bu zaman Musa (ə) əlindəki möcüzəli çəliyi dənizin suyuna toxundurur. Allahın əmri ilə dənizin suyu iki yerə ayrılaraq ortada quru “dəhliz” əmələ gəlir. Bəni-İsrail rahatca həmin quru yolla keçib o biri sahilə çıxır. Onları təqib edən Misir ordusu “dəhliz”ə daxil olanda Musa (ə) yenidən çəliyini dənizə toxundurur. Bir an içində sular bir-birinə qovuşur. Fironun əzəmətli ordusu qaynayıb-kükrəyən dalğaların altında qərq olur. Firon ölüm ayağında peşman olub tövbə etdiyini bildirsə də, artıq gec olur. Saysız zülmlər törətmiş, özünü Allah adlandıran firon ilahi əzabdan qurtula bilmir.

Hadisələrin gedişini Quranda izləyək. Allah-təala Quranın “Yunus” surəsinin 90-92-ci ayələrində buyurur: “İsrail oğullarını dənizdən sağ-salamat keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. Firon suya qərq olduğu an dedi: “Bəni-İsrailin inandığından savayı tanrı olmadığına iman gətirdim. Mən o tanrıya təslim olanlardanam!” (Allah belə cavab verdi) İndimi iman gətirdin? Halbuki əvvəllər Allaha qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara ibrət olsun deyə, bu gün sənin bədənini xilas edəcəyik (sənin bədənini sudan çıxarıb sahilə atacağıq). Həqiqətən, insanların çoxu ayətlərimizdən xəbərsizdir!”.

Əsrimizdə Misir ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş bu cəsəd Quran həqiqətlərindən daha birinin kəşfi oldu. Cəsəd üzərində karbon-14 izotoplu üsulu ilə aparılmış tədqiqatlar onun yaşının 3000 ilə yaxın olduğunu aydınlaşdırdı. Tarixdən məlum olduğu kimi, Həzrət Musa (ə) da məhz həmin dövrdə yaşamışdır.

Allah-təala fironla bağlı bu əhvalatda öz qüdrətini və ədalətini kamil şəkildə nümayiş etdirdi. Firon ölüm ayağında tövbə etdi. Belə tövbə Allah dərgahında qəbul olmaz. Amma Allah özünəməxsus ədalətlə rəftar edərək firona gecikmiş tövbəyə görə də mükafat verdi: onun bədənini çürüməyə qoymadı. Beləliklə, ömrü boyu uca Allahın qüdrətini inkar etmiş, özünü ona şərik bilmiş firon öləndən sonra özü də istəmədən Allahın sonsuz qüdrətini nümayiş etdirən sübutlardan birinə çevrildi. Bu gün Britaniya Muzeyini seyr edən milyonlarla tamaşaçı bunun şahidi olur ki, Allah istəsə təbiət qanunlarının ziddinə olaraq hər hansı cəsədi min illər boyu çürüməkdən qoruya bilər. Allahın iradəsi olan yerdə heç bir tibbi və kimyəvi müdaxilə lazım gəlməz. Ölüm qorxusundan tövbə edərək səcdəyə qapılmış firon öz cansız cəsədi ilə ilahi qüdrət hüdudundan qaçmağın qeyri-mümkünlüyünü sübuta yetirir.

BƏNZƏRSİZ MÜKAFAT

Dünya şöhrətli saat firmalarından biri vaxtilə yeni modelə məxsus yalnız bir nüsxə saat istehsal etmişdi. Firma öz nadir məhsuluna 100 milyon dollar qiymət qoyaraq onu bu cür reklam etmişdi: “Bu nadir saatı qoluna taxacaq şəxs ondan başqa heç kəsdə belə bir saat olmadığını düşünərək hədsiz sevinəcək. Həqiqətən, bir saatın yalnız sizə məxsus olduğunu bilmək xoş deyilmi?”

Bir qədər dərin düşünsək, Allah-təalanın hər birimizə bu cür nadir və bənzərsiz mükafat verdiyinin şahidi olarıq. Bəli, bəşəriyyətin hər fərdində elə bir xüsusiyyət vardır ki, ondan başqa heç kimdə eynilə bu xüsusiyyət yoxdur. Bu xüsusiyyət hər birimiz üçün ilahi mükafatdır.

Həmin mukafatın nədən ibarət olduğunu bilmək üçün səbrsizliklə gözləyirsiniz, deyilmi? Elə isə ovcunuzu açün və barmaqlarınızın ucuna baxın. İnsanın barmaqlarının ucundakı cizgilər mütləq mənada fərqlidir və təkraredilməzdir. Heç kəsin barmağının cizgiləri başqasınınkı ilə eyni deyildir. Həzrət Adəmdən (ə) başlayaraq indiyə kimi gəlib-getmiş, habelə bundan sonra yaşayacaq bütün insanların barmaq izləri müxtəlifdir.

İnsanın bu xüsusiyyəti yalnız ötən əsrdə Qərb alimləri tərəfindən kəşf olunaraq həyatda öz tətbiqini tapmışdır. 100 ildən artıqdır ki, bəzi inkişaf etmiş ölkələrdə hər insanın şəxsiyyətini təsdiq etmək üçün nə pasport, nə fotoşəkil, nə səs testi deyil, yalnız barmaq izləri əsasında tanıma metodu tətbiq olunur. Ən dolaşıq elm sahələrindən sayılan kriminologiya və cinayət-istintaq ekspertizasında cinayətkarların tanınması üçün bu üsuldan müvəffəqiyyətlə istifadə edilir.

Əsası isə budur ki, elm tərəfindən XIX əsrdə kəşf olunmuş bu nailiyyət vaxtilə Qurani-Kərimdə elan olunmuşdu. “Qiyamət” surəsinin 3-4-cü ayələrində buyurulur: “Məgər insan elə guman edir ki, qiyamət günü onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, biz onu barmaqlarının ucuna kimi yenidən yaratmağa qadirik”.

Ayədən göründüyü kimi, insanın xilqətinin ən çətin mərhələsi kimi barmaqların ucunun yaradılması, yəni barmaq uclarındakı cizgilərin bənzərsizliyinin təmin edilməsi xatırlanır. Heç bir elm buna qadir deyildir. Bu, yalnız uca Yaradana müyəssər olan bir qüdrətin əlamətidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qiyamət günündə insanların hesabı hansı dildə aparılacaq və Allah-Taala Öz bəndələri ilə hansı dildə danışacaq?

Next

Bir şəhidin son günü

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv