Cəmiyyət 

Leyla Əliyeva Şamaxıda iki ailənin qonağı oldu – Video

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Şamaxıdan maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, leyla Əliyeva yayımladığı videoya bunları yazıb: “Şamaxı rayonunun Şirvan kənd sakini İxtiyar Qocayevin və Meysəri kənd sakini Vəli Şahverdiyevin evlərində qonaq olduq. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”.

Read More
Cəmiyyət 

Saat 11:00-da işıq kəsiləcək – Bu ərazilərdə

Biləsuvarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 7 saylı hava xəttində dekabrın 16-da təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Read More
Cəmiyyət 

Yasamalda yanğında həlak olan Könülün qızından xəbər var

  Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın reanimasiya şöbəsindən palataya köçürülüb. Musavat.com xəbər verir ki, bu barədə APA-ya Yeni Klinikanın Mətbuat xidmətindən məlumat verilib. “2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Terapiya şöbəsində müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti stabil orta ağır olaraq qiymətləndirilir. Xəstənin pulmonoloji və qastroenteroloji müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, – məlumatda qeyd olunub. Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır. Xatırladıq ki, noyabrın…

Read More
Cəmiyyət 

Bu gün ilk dəfə Dünya Türk Dili Ailəsi Günü qeyd olunur

  Beynəlxalq ictimaiyyət dekabrın 15-də ilk dəfə olaraq Dünya Türk Dili Ailəsi Gününü qeyd edir. “İki sahil” xəbər verir ki, müvafiq qərar UNESCO-nun noyabrda Səmərqənddə keçirilən Baş Konfransında qəbul edilib. Tarix seçimi simvolikdir və dərin məna kəsb edir, belə ki, 15 dekabr 1983-cü ildə danimarkalı linqvist Vilhelm Tomsen, ən qədim yazılı mənbələrdən biri olan Orxon kitabələrinin əlifbasının uğurla deşifrə olunduğunu elan etdi. Yazılar eramızın VIII əsrində Orxon vadisində, indiki Monqolustanda qədim türklər tərəfindən yaradılıb və 1889-cu ildə aşkarlanıb. Tomsenin nailiyyəti bu gün Avrasiyada onlarla icmanı birləşdirən dil ənənəsi haqqında əvəzsiz bilgi…

Read More
Cəmiyyət 

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

  Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə daha 21 ailə (79 nəfər) köçürülüb. Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər./Report

Read More
Cəmiyyət 

Gənc qadın ölümdən qayıtdı: həkimlərin fədakar səyi ilə həyat xilas olundu- FOTO, VİDEO 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında gənc qadının həyatı xilas edildi   Şirvan Şəhər Mərkəzi Xəstəxanasında 37 yaşlı Ağsu rayon sakini Sevinc Əliyevada baş verən təkrari ürək dayanması halları həkimlərin vaxtında müdaxiləsi nəticəsində uğurla aradan qaldırılıb.   Cərrahi əməliyyatdan sonra vəziyyəti qəfil ağırlaşan pasiyentə dərhal “Mavi Kod” üzrə reanimasion tədbirlər görülüb, ürək fəaliyyəti iki dəfə bərpa olunub, sonradan inkişaf edən ventrikulyar taxikardiya defibrilyasiya ilə stabilləşdirilib.   Həkim Müslümova Jalə Aqil qızının rəhbərliyi altında aparılan intensiv müalicə nəticəsində pasiyentin vəziyyəti hazırda stabildir, həyati təhlükə aradan qalxıb. Altı uşaq anası olan pasiyentin yaxın günlərdə…

Read More
Cəmiyyət 

Gözdən uzaq, unudulmuş tarix: Mərdəkan qalası və Tuba Şah məscidi baxımsızlıq içində REPORTAJ

Bir gün əvvəl Bakının ən qədim yaşayış məskənlərindən biri – Mərdəkana yolumuz düşdü. Bu yerin tarixi nəfəsi insanı ilk addımdaca qarşılayır. Qəsəbə 1936-cı ildə rəsmi olaraq status alsa da, tarixçi Sara Aşurbəylinin araşdırmalarında bildirilir ki, “Mərd” qəbiləsinin yurd saldığı bu torpaq əsrlər öncə “mərdlərin məkanı” kimi tanınıb. Mərdəkan həm də sənayeçilərimizin – Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Şəmsi Əsədullayevin bağları ilə şöhrət tapıb. Bu qədimliyin sinəsində bir möcüzə var: Mərdəkan qalası. İllərin tozu ilə örtülmüş, gözlərdən uzaqda qalan, susqun və əzəmətli… Uçuq divarların arasında bir tarix nəfəs alır… Qalanın həyətinə…

Read More
Cəmiyyət 

DTX-nin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib. DTX-nin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.

Read More
Cəmiyyət 

“AzərEnerji”də anım günü ilə bağlı tədbirlər keçirilib

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “AzərEnerji” ASC-də silsilə tədbirlər keçirilib. Bu barədə Musavat.com-a ASC-dən məlumat verilib. Öncə “AzərEnerji” və “Azərişıq” ASC-lərin kollektivləri Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib. “AzərEnerji”nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra enerji sisteminin kənar mənbələrdən asılılıqdan çıxarılması, ölkədə enerji müstəqilliyinin və təhlükəsizliyinin bünövrəsinin qoyulması, eləcə də…

Read More