Cəmiyyət 

Yasamaldakı faciəvi yanğında həlak olan Könül Hümbətova tanınmış jurnalistin rəfiqəsi imiş

Musavat.com-un daha öncə xəbər verdiyi kimi, Bakının Yasamal rayonunda yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsi üç nəfərin həyatına son qoyub. Həlak olanlar arasında Bakı Milli Geyim Evinin rəhbəri, 1977-ci il təvəllüdlü Könül Hümbətova da olub. məlumata görə, o, yanğın zamanı tüstüdən zəhərlənərək dünyasını dəyişib. Musavat.com xəbər verir ki, faciə zamanı həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı və 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu da həlak olub. Yanğın zamanı zəhərlənən 15 nəfərə isə təcili yardım briqadası tərəfindən yerində ilkin tibbi yardım göstərilib və onlar tüstüdən zəhərlənmə diaqnozu…

Read More
Cəmiyyət 

Bakıda güclü qar gözlənilir? – hazırlıqlar başladı

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Musavat.com xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib. Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir. Növbəti müşavirələr paytaxtın Xəzər, Pirallahı və Qaradağ rayonlarında keçirilib. Müşavirələrdə qeyd edilib ki, rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların…

Read More
Cəmiyyət 

Dövrün bəlası, yoxsa… – Eynəkli uşaqların sayı niyə artır?

Son illər həm region ölkələrində, həm də Azərbaycanda eynəkli uşaqların sayındakı kəskin artım cəmiyyətin diqqətindədir. Qazaxıstanın Milli Statistika Bürosunun açıqladığı son göstəricilər də vəziyyətin nə qədər ciddiləşdiyini göstərir. Rəsmi məlumata görə, 2024-cü ilin sonuna qədər ölkədə 14 yaşadək 5 milyondan çox uşaq profilaktik tibbi müayinədən keçirilib və onların 105 minində – yəni hər 50 uşaqdan birində – müəyyən anomaliyalar aşkarlanıb. Xəstəliklərin yarıdan çoxu məhz görmə problemləridir: 58 min uşağa miopiya və digər refraksiya pozuntuları diaqnozu qoyulub. Skolioz və duruş pozğunluqları isə daha az rast gəlinən, amma tendensiya olaraq artan problemlər…

Read More
Cəmiyyət 

Uşağın xatirinə boşanmamaq… – Seçim doğru, yoxsa?

Sosioloq: “Azərbaycanda faktiki olaraq boşanma bumu yaşanır” Azərbaycanda ailədaxili münasibətlərin vəziyyətini göstərən son statistika həm zorakılıq halları, həm də boşanma prosesləri ilə bağlı ciddi tendensiyalara işarə edir. Belə ki, bu ilin ilk 9 ayında məişət zorakılığından zərər çəkmiş 68 nəfər, o cümlədən 45 uşaq sosial reabilitasiya xidmətlərinə cəlb olunub. Bu həm də ailə içində yaşanan gərginliyin, psixoloji təzyiqlərin və səssiz qalan zorakılıq formalarının artdığını göstərən mühüm siqnaldır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Sosial Xidmətlər Agentliyi tərəfindən zorakılığa məruz qalan şəxslərə sosial-psixoloji, tibbi-sosial və digər dəstək xidmətləri göstərilib.…

Read More
Cəmiyyət 

Sürücülərin nəzərinə!

Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bu gün gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Read More
Cəmiyyət 

Bakıda çoxmərtəbəli yaşayış binasında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb

Bakıda noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb. Kliniki Tibbi Mərkəzdən Musavat.com-a bildirilib ki, hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Məlumata görə, onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılmışdı. Faktla bağlı cinayət işi başlanıb.

Read More
Cəmiyyət 

Dərsə gedən min uşaq – məktəb yollarında deyil

Bu günlərin söhbətidir. Saat 7.45. Yaşayış binasının önü. Dəhliz qapısı tez-tez açılıb-bağlanır. Gənc valideynlər kiçik övladlarını uşaq bağçasına, ibtidai sinif şagirdlərini isə məktəbə aparırlar. Birdən 4 yeniyetmə oğlan (8-9-cu sinif şagirdləri) binaya yaxınlaşır, biri cibindən çipli birka çıxarıb seyf qapını açır, dördü də içəri daxil olur. Onlardan 1-2 dəqiqə sonra həmin yaş civarında olan bir qız gəlir, o da çantasından çipli birka çıxarıb qapını açır, içəri keçir. Onun ardınca daha bir yeniyetmə qız gəlir, o da eyni şeyi edir. Mənzərəyə baxan nabələd adam düşünər ki, xalqın uşağının sıralanıb məktəbə getdiyi…

Read More
Cəmiyyət 

“Arada hirslənmək lazımdır”- Qurban Qurbanov

  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son zamanlarda emosional olması ilə bağlı danışıb. Musavat.com xəbər verir ki, o, ötən gün “Sumqayıt”a 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra bu barədə danışıb: “Həyatda ümumiyyətlə emosional olmayan insan var? Mateus Silvaya sarı vərəqə verilən epizodu deyirsiz yəqin ki. Arada nəsə demək lazımdır da. Oyunun əvvəlidir. Bəlkə də sarı vərəqə var idi. Amma maraqlı olur. Arada hirslənmək lazımdır”.

Read More
Cəmiyyət 

Azad olunan ərazilərə köçürülən sakinlərdən 7 027 şəxsin məşğulluğu təmin edilib

Azad olunan ərazilərə köçürülən sakinlərdən 7 027 şəxsin məşğulluğu təmin edilib. Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Dövlət Məşğulluq Agentliyi həmçinin 4 836 nəfərin vakansiya üzrə işlə təminatını həyata keçirib, 589 nəfər özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik ailə təsərrüfatlarını yaradıb. 1185 nəfər isə fərdi qaydada özünüməşğul şəxslərdir. Sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 319 nəfər sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.

Read More
Cəmiyyət 

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin yerləşdiyi bina Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Noyabrın 21-də uşaq evinin binasının təmirdən sonra açılışı olub. “İki sahil” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər. Bildirilib ki, Lənkəranda 1941-ci ildən fəaliyyət göstərən 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. 2024-cü ildə uşaq evi sosial xidmət müəssisəsinin binasının əsaslı təmir işlərinə başlanılıb. Bina 1 və 2 mərtəbəli 5 korpusdan ibarətdir. Sosial…

Read More