Cəmiyyət 

Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi – FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfər edib. Səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət edib. O, şəhidlərin xatirəsini ehtiramla yad edib, anası Sevinc Əhmədova ilə söhbət edib, qəhrəman oğullarının həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıb. Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə Əli Əhmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının…

Read More
Cəmiyyət 

7 gün TƏTİL olacaq – RƏSMİ

Noyabrın 17-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. Musavat.com xəbər verir ki, payız tətili 17-21 noyabr tarixlərini əhatə edəcək. 22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər 24 noyabr tarixindən başlayacaq. Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək. Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Read More
Cəmiyyət 

Toy karvanında “avtoş”luq edib yola pul səpdilər – VİDEO

Qubada toy karvanında avtoxuliqanlıq edən avtomobillərin görüntüləri yayılıb. Görüntüləri sosial şəbəkədə jurnalist Dəyanət Babayev paylaşıb. Videoda bir neçə avtomobilin Qubanın mərkəzində bəy-gəlin maşınını müşayiət edərkən yol hərəkəti qaydalarını pozmasını, maşınlardan birində olan şəxsin isə yola pul səpməsini görmək mümkündür. Qeyd edək ki, xeyli vaxtdır Azərbaycanda toy karvanlarında qayda pozulmalarına qarşı maarifləndirmə işləri görülür. Bununla belə, neqativ hadisələrə də rast gəlinir. Son olaraq elə Quba rayonunda 4 gün əvvəl toy karvanında baş verən ağır qəza 23 yaşlı oğlanın ölümünə səbəb olmuşdu. (Qafqazinfo)

Read More
Cəmiyyət 

Xankəndidə mənzillər satışa çıxarılacaq

Xankəndidə mənzillər satışa çıxarılacaq. Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Bildirilib ki, Xankəndi şəhərində sahibkarlar tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisinə start verilib. Şəhərdə və ətraf yaşayış məntəqələrində genişmiqyaslı tikinti və bərpa işləri sürətlə davam etdirilir. Regionda sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb, infrastruktur layihələri iş adamlarının bu ərazilərə marağını daha da artırıb. Onun sözlərinə görə, şəhərdə sahibkarlar tərəfindən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq. Elçin Yusubov bildirib ki, artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət…

Read More
Cəmiyyət 

Elşad Hacıyevdən duyğulandıran paylaşım – “600 nəfərin hamısı eyni anda…” – FOTO

Hərbi əməliyyatlar başladığı dövrdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından 300 nəfərlik xüsusi təyinatlı qrupun seçilməsi tapşırılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib. Elşad Hacıyevin sözlərinə görə, həmin vaxt sırada 600 nəfər xüsusi təyinatlı dayanıb və komandanlıq “yalnız 300 könüllü irəli çıxsın” əmri verib. Lakin bir anın içində bütün 600 nəfər eyni anda bir addım önə çıxaraq “Hazırıq!” deyib. DİN rəsmisi qeyd edib ki, bu, sadəcə bir tapşırığın icrası deyil, Vətənə sədaqətin, fədakarlığın ən ali nümunəsi idi. Elşad Hacıyev bildirib ki, o əməliyyatlara yollanan…

Read More
Cəmiyyət 

Bakıda satıcı alıcını mağazadan qovdu – Paltar yerə düşmüşdü

Bakı şəhər sakini N. Hüseynova “AF Mall” ticarət mərkəzində yerləşən “Lina Butik” mağazasından təhqir olunaraq, qovulduğunu bildirib. Bu barədə Musavat.com-a müraciət edən paytaxt sakini iddia edir ki, 12 noyabr 2025-ci il tarixində mağazada paltarlara baxarkən satıcı tərəfindən açıq şəkildə təhqir olunub: “Mağazada ziyafət geyimlərinə baxdığım zaman asılqandakı geyimlərdən biri yerə düşdü və mən geyimi normal şəkildə götürmüşdüm. Satıcı “səliqəli götürün” dedikdə “kənardakı geyimlər asılqanda tam oturmadığından yerə düşür”,- deyə bildirdim. Həmin şəxs asılqanla paltarı əlimdən alaraq “çıxın buradan” dedi. Mən bunun səbəbini soruşanda,- “sizə satılmır çıxın”,- deyərək mağazadan çıxmağımı tələb…

Read More
Cəmiyyət 

Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş – FOTO

Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağəli Məhəmməd oğlu Axundova məxsus “Aqat” şadlıq evində plandankənar yoxlama aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yoxlama zamanı şadlıq sarayında qonaqlara təqdim edilən dana ətinin əslində baytarlıq sənədləri mövcud olan camış əti olduğu müəyyən edilib. Menyuda bu barədə hər hansı məlumatın olmaması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Camış ətinin qida təhlükəsizliyi baxımından risk yaratmasa da, bu vəziyyət müştərilərin aldatılması anlamına gəlir. Yoxlama zamanı həmçinin soyuq qəlyanaltıların hazırlanma sahəsində işçi masaların səthində zədələnmələr, mətbəx…

Read More
Cəmiyyət 

22 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub

Oktyabrdan 8-dən noyabrın 13-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 21 min 186 nəfər qrip əleyhinə peyvənd olunub. Musavat.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, onlardan 0-17 yaş aralığı 2 700 nəfər, 18-59 yaş aralığı 14 min 807 nəfər, 60 yaş və yuxarı isə 3 min 679 nəfərdir. Qeyd edək ki, Səhiyyə Nazirliyinin Azərbaycana gətirdiyi qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə…

Read More
Cəmiyyət 

Son 1 həftədə 166 sahibkarın ölkədən çıxışı qadağan olunub – VERGİNİ ÖDƏYƏ BİLMİRLƏR

Açıq mənbələrdəki son məlumatlar biznes mühitində ciddi narahatlıq doğuran bir tendensiyanı üzə çıxarır. E-mehkeme.gov.az portalında kommersiya məhkəmələrinin işlərinə baxarkən elə bir mənzərə yaranır ki, sanki məhkəmələr və vergi orqanları “ölkədən çıxış qadağası”nı vergi borcunun yığılmasında əsas alətə çeviriblər. Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a açıqlamasında deyib ki, yalnız 2025-ci ilin noyabr ayının ilk 7 günündə Bakı Kommersiya Məhkəməsində vergi orqanları tərəfindən 166 iş qaldırılıb. Bu işlərin hamısı “vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlıdır. Sumqayıt Kommersiya Məhkəməsində isə noyabr ayı ərzində…

Read More
Cəmiyyət 

Nazirdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA

Kənd təssərrüfatı məhsulları istehsalçılarına məxsus mal-qaranın qarayara, dabaq, quduzluq və digər yoluxucu xəstəliklərdən qorunması məqsədilə dövlət büdcəsi hesabına vaksinləşmə aparılır. Musavat.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib. “2026-cı ildə baytarlıq xidmətinin həyata keçirilməsi, dövlət büdcəsi vəsaiti hesabına dərman, vaksinlərin, baytarlıq ləvazimatların alınması üçün 41,9 milyon manat nəzərdə tutulub. Nəzərdə tutulmuş vəsaitə 3 milyon manat əlavə olunması üçün də müraciət olunub” – nazir qeyd edib.

Read More