Cəmiyyət 

Tərtərdə polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını və ailəsini ziyarət ediblər -FOTO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçusu, əsgər Cahangir Surxayzadənin Vətən müharibəsində şəhid olmasının ildönümü münasibəti ilə məzarını və ailəsini ziyarət ediblər.   Şəhidin əziz xatirəsi məzarı başında ehtiramla yad olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəman oğullarımızın unudulmaz xidmətlərindən söz açılıb.   Tərtər RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Məmmədov qeyd edib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların şərəfli döyüş yolu gələcək nəsillər üçün nümunə olacaq.   Şəhid Cahangir Surxayzadənin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib,…

Read More
Cəmiyyət 

Azərbaycanda zəlzələ oldu

Zərdab stansiyasından 35 km şimalda, Ağdaş rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Musavat.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeri vaxtla 02:50-də baş verən yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb. Qeyd edək ki, saat 02:13-də Xəzər dənizində də 4 maqnitudalı zəlzələ olub.

Read More
Cəmiyyət 

Vətən müharibəsi şəhidi Elgün Abdullayevin ildönümündə xatirəsi anılıb

09 noyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Abdullayev Elgün Əmirxan oğlunun ildönümüdür. Bu münasibətilə Qırılı kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.   Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.   Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək əziz…

Read More
Cəmiyyət 

Göyçayda ənənəvi “Nar Festivalı” keçirildi

8-9 noyabrda Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi “Nar Festivalı” keçirilib. Festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir. 65-dən çox stendin yer aldığı festivalda istehsal ilə məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilib, məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor…

Read More
Cəmiyyət 

Azərbaycanı bürüyən monqol əti – Görün neçəyə satılır (VİDEO)

Son aylarda mağaza və bazarlarda Monqolustandan gətirilən ət alıcılar arasında böyük maraq doğurub. Kilosu cəmi 12 manata satılan bu ətlər artıq bir çox marketin vitrinində yerli məhsulları sıxışdırır. Oxu24.com xəbər verir ki, rəsmi məlumata görə, ötən il ölkəyə idxal olunan ətin həcmi 41% artıb. Braziliya, Qazaxıstan, Belarus və hətta Avropadan gətirilən ət növləri də bazarda geniş yayılıb. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idxal olunan bütün ət məhsulları xəstəliklərdən azad bölgələrdəki müəssisələrdən gətirilir və baytarlıq sertifikatı ilə təsdiqlənir.

Read More
Cəmiyyət 

Zəfər muzeyinə giriş bu tarixlərdə ödənişsiz olacaq – FOTO

Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib.  Musavat.com xəbər verir ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə 9-11 noyabr tarixlərində ödənişsiz qaydada tanış ola bilər. Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə sistemi yaradılacaq. Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq. Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti: məktəb yaşlı…

Read More
Cəmiyyət 

Azərbaycan Ordusunun yeni “Vaşaq” və “Kobra-2” texnikaları Bakıdakı hərbi paradda nümayiş etdirilib

Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikalar əlavə edilib. Musavat.com xəbər verir ki, bunlar “Vaşaq” xüsusi əməliyyat vasitələri və “Kobra-2” zirehli tibbi təxliyyə teknikasıdır. Həmin texnikalar noyabrın 8-də Bakıda keçirilən Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə nümayiş olunub.

Read More
Cəmiyyət 

Bakıda hərbi paradda “Vikinq” hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş etdirilib

Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikalar əlavə edilib. Musavat.com xəbər verir ki, noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda silahlanmaya yeni qəbul edilmiş yerli milli müdafiə sənayesinin “Vikinq” hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş edilib.

Read More