“Uşaqlıq travmalarından qurtulmaq uzunmüddətli, amma mümkün bir prosesdir” – Psixoloq
Uşaqlıq dövründə yaşanan emosional və psixoloji travmalar insanın gələcək həyatına, münasibətlərinə və özünə inamına ciddi təsir göstərə bilər. Travmaların nəticəsi bəzən illər sonra yetkinlik dövründə qorxu, güvən problemi və ya depressiya şəklində üzə çıxır. Klinik psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib ki, uşaqlıq travmalarından qurtulmaq uzunmüddətli, amma mümkün bir prosesdir: “İlk addım travmanı inkar etməməkdir. İnsan başına gələn hadisəni qəbul etməli, “bu mənim başıma gəlməyib” kimi müdafiə mexanizmlərindən uzaq durmalıdır. Hissləri tanımaq və ifadə etmək şəfa prosesinin əsas hissəsidir. Bəzən insanlar travmanı unutmaqla ondan xilas ola biləcəklərini düşünürlər, lakin bu, əks təsir…
Read More