İctimai nəqliyyatda qiymət artımı ilə bağlı AYNA-nın açıqlaması
Ölkənin sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus parkının yenilənməsini sürətləndirmək məqsədilə tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir. Hazırki tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçiriləcək. Bu da nağdsız ödəmə imkanı təqdim edən müasir avtobuslar istismar edən daşıyıcıların fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil…
Read More