Cəmiyyət 

Sürücülərin DİQQƏTİNƏ! – Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib: “Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”.

Read More
Cəmiyyət 

“Mənəvi borcumuz – şəhidlərimizi unutmaq deyil, yaşatmaqdır”

Məlum olduğu kimi, 27 sentyabr Azərbaycanda Anım Günüdür. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi Anım Günündə ehtiramla yad edilir. Prezident İlham Əliyev şəhidlərimizin xatirəsini daim uca tutur, onların ailələrinə və qazilərə xüsusi diqqət göstərir. “Anım Günü bir millətin azadlıq və bütövlük uğrunda canını fəda etmiş qəhrəman övladlarının xatirəsinə ehtiram günüdür. Bu, uzun illər işğalda qalmış torpaqlarımızın azadlığı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası naminə şəhid olmuş igidlərimizin müqəddəs ruhuna ehtiram günüdür”. Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Tənzilə Rüstəmxanlı deyib. Millət vəkili qeyd edib ki, böyük Qələbəmiz uğrunda canından…

Read More
Cəmiyyət 

Süni intellekt: Böyük imkan, yoxsa risk?

Süni intellekt texnoloji yenilik olmaqla yanaşı, artıq təhsil, səhiyyə, nəqliyyat və digər xidmət sahələrində, eyni zamanda, gündəlik həyatımızda modernləşmə və səmərəlilik gətirən gözə görünməz köməkçi rolunu oynayır. Onlayn alış-veriş saytlarında istifadəçilərə uyğun məhsul tövsiyələrinin təqdim olunması, mobil telefonlarda səsli köməkçilərin istiqamət verməsi və ya ağıllı xəritə tətbiqlərinin ən qısa marşrutu müəyyənləşdirməsi, təhsil sahəsində isə fərdi tədris proqramları təklif edən platformaların şagirdlərə uyğun material təqdim etməsi süni intellektin gündəlik istifadəsinə əyani misaldır. Süni intellekt ölkəmizdə də geniş istifadə olunur. Prezident İlham Əliyevin müvafiq imzaladığı Sərəncamına əsasən təsdiq edilən “2025-2028-ci illər üçün…

Read More
Cəmiyyət 

İmişlidə toyda zəhərlənənlərin sayı 69-a çatdı

24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 69 nəfər (8-i uşaq olmaqla 32-si kişi, 4-ü uşaq olmaqla 37-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən Musavat.com-a bildirilib ki, onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 37 nəfər (18-i qadın, 19-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər 28 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Read More
Cəmiyyət 

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini işə bərpa olunacaq – VİDEO

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini açıqlama verdi Lənkəran rayonunun Zövlə kənd tam orta məktəbinin direktor müavininin məktəbdə şagirdlə xadiməni döydüyü iddia edilir. ARANTV.AZ  Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. Araşdırmalarımız nəticəsində məlum oldu ki, şagird və texniki işçini döyməkdə ittiham olunan Qurban Sadıqov artıq vəzifəsindən kənarlaşdırılıb. O, hadisənin təfərrüatlarını danışıb. Dediyinə görə, bu mübahisəyə əsas səbəb onun 8-ci sinifdə təhsil alan oğlunun məktəbin 11-ci sinif şagirdi tərəfindən döyülməsi olub. İddiasına görə, övladının döyülməsi ilə bağlı həmin şagirdlə söhbət aparmaq…

Read More
Cəmiyyət 

Bədən şəkilləndirmədən sonra bədəni çürüyür – “Əslində həkim yox, aşpaz imiş” – VİDEO

Bədən şəkilləndirmə əməliyyatı etdirmək istədi, ana olmaqdan məhrum oldu… Liposaksiya əməliyyatı olunan 36 yaşlı qadın bədəninin çürüdüyünü iddia edir. “Xəzər Xəbər”ə müraciət edən şikayətçi deyir ki, əməliyyatı “Uğur-777” estetik klinikasında həkim Firuzə Əliyeva icra edib. Cəmalə Rüstəmova iddia edir ki, vəziyyəti ağırlaşdığından bu dəfə o, “Uğur-777” estetik klinikasınınn rəhbəri Xəyal İsmayılovaya müraciət edib. Xəyalə İsmayılova ona yenidən əməliyyat olunmasınım tövsiyə edib. Bu dəfə isə əməliyyat daha da ağır fəsadla nəticələnib. Liposaksiya əməliyyatından sonra piy toxumasının əriməsi, qarın əzələsinin ciddi zədələnməsi, piy qatlarının parçalanması diaqnozu qoyulan Cəlalə Rüstəmova hazırda çarəsiz vəziyyətdə…

Read More
Cəmiyyət 

Yaslardakı kimi toylarda da qadağa olacaq

Yaslardakı kimi toylarda da qadağa olacaqÖzbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq edilib. Belə ki, qonaq sayına məhdudiyyət qoyulub və təmtəraqlı ayinlərə nəzarət gücləndirilib. Azərbaycanda da zaman-zaman belə qadağaların mümkünlüyü müzakirə olunur. Bildirilir ki, bu cür məclislərdə həddindən artıq israfçılığa yol verilir və bu məsələ tənzimlənməlidir. Ölkəmizdə toylarla bağlı məhdudiyyətlərin qoyulması mümkündürmü? Musavat.com-un xəbərinə görə, globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Azərbaycanda toy və yas mərasimlərinin çox təmtəraqlı keçirilməsi uzun müddətdir ictimai müzakirə mövzusudur: “Son dövrlərdə bəzi regionlarda yas mərasimlərinin keçirilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Belə məclislərdə…

Read More
Cəmiyyət 

Gec evliliyin sirri: analarmı? – sosioloq deyir ki…

“Çox hallarda oğlanlar yaxşı qız, qızlar isə deyirlər ki, yaxşı oğlan tapılmır. Maraqlıdır ki, yaxşı oğlan və qızlarımız da var. Amma axtarışlar harada gedir, bax bu böyük bir sualdır”.  Bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib. Aytən anaların oğullarının ailə qurmasına mane olduğunu bildirib: “Oğlanlar bilirsiniz niyə qız tapa bilmir? Anası burun büzür, deyir ki, “Bunu bəyənirsən, bizə gəlin bu olacaq?” Baxırsan ki, oğlan artıq gəlib baba yaşına çatıb. Ona görə də övladların özünə seçim vermək lazımdır. Bəzən baxırsan ki, elə bil gəlini bütün ailə üçün gətirirlər. Sanki…

Read More
Cəmiyyət 

Adnana məxsus “Rahat” supermarketləri bağlanır?

Sosial şəbəkələrdə “ANC Group” MMC-yə məxsus “Rahat” supermarketlər şəbəkəsinin bağlanacağı barədə iddialar var. Buna səbəb kimi “ANC Group”un iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə qeyri-rəsmi məxsus olması gətirilir. Məsələni aydınlaşdırmaq üçün Pravda.az “Rahat” supermarketə sorğu ünvanlayıb. Şirkətdən verilən açıqlama belə olub: “Rahat” supermarketlər şəbəkəsi öz fəaliyyətini davam etdirir. Hər şey yolundadır. Bütün kontingent iş başındadır. Marketlərimiz hər zaman müştərilərimizin xidmətindədir. Davam edirik. Bu barədə heç bir sıxıntı yoxdur. Adnan Əhmədzadə məsələsi barədə isə mövqe bildirməyimiz uyğun…

Read More
Cəmiyyət 

Sərnişin sayından asılı olmayan nəqliyyat: Brutto modeli nə vəd edir?

Elməddin Muradlı: Bu, dövlətin ictimai nəqliyyata dəstəyini nəzərdə tutur və xidmətin fasiləsiz işləməsinə səbəb olur Son illərdə Avropa şəhərlərində ictimai nəqliyyat sistemlərinin idarə olunmasında ən çox müzakirə edilən modellərdən biri Brutto müqaviləsidir. Bu yanaşma ənənəvi daşıma prinsiplərindən fərqli olaraq maliyyə münasibətlərini və məsuliyyət bölgüsünü tamamilə dəyişir. Mahiyyət etibarilə sərnişinlərin ödədiyi gediş haqqı birbaşa daşıyıcıya deyil, sifarişçiyə — adətən dövlət qurumuna və ya bələdiyyəyə yönəlir. Daşıyıcı şirkət isə yalnız müqavilədə nəzərdə tutulan xidmət həcmi və keyfiyyətinə görə sabit ödəniş alır. Beləliklə, bütün maliyyə riskləri əsasən dövlətin üzərinə düşür, daşıyıcı isə diqqətini yalnız…

Read More