Cəmiyyət 

AQTA: Qida ilə təmasda olan plastik qabların istehsalında bəzi kimyəvi maddələrin istifadəsi qadağandır

2025-ci il avqustun 20-dən qüvvəyə minən “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları”na əsasən, istehsalçı və idxalçı müəssisələr qida ilə təmasda olan bütün material və məmulatların yeni təsdiq edilmiş sanitariya norma və qaydalarına tam uyğunluğunu təmin etməlidirlər. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, plastik qablar, örtüklər və yapışqanlar hazırlanarkən bəzi zərərli kimyəvi maddələrin istifadəsi qadağandır, çünki onlar qidaya keçə və sağlamlığa mənfi təsir göstərə bilər. Digər bəzi reaktiv maddələr üçün…

Read More
Cəmiyyət 

Mərhum meyxanaçının anası vəfat etdi

Mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva dünyasını dəyişib. Bu haqda “Rəngarəng” verilişində aparıcı Zaur Nəbioğlu deyib. O bildirib ki, Z.Quliyeva bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, mərhumun uzun müddətdir səhhətində problem var idi. O, yeriyə bilmirdi. X.Əhmədli ötən ilin dekabrında dünyasını dəyişib. Onun ürəyində problem var idi./axşam.az

Read More
Cəmiyyət 

Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil üzrə sazişlər imzaladı

Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetinə rəsmi səfər edib. Səfər çərçivəsində nazir universitetin tədris və yaradılmış müasir infrastrukturu ilə yaxından tanış olub. Bu barədə Musavat.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Səfərin davamında elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti…

Read More
Cəmiyyət 

32 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq

Sentyabrın 25-də Mingəçevir şəhəri və Yevlax rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Mingəçevir” Qazpaylayıcı Stansiyasında (QPS) yenidənqurma işləri aparılmış şəhər qaz xəttinin mövcud sistemə qoşulması ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti yaranacaq. Bununla əlaqədar sentyabrın 25-də saat 09:00-dan etibarən işlər başa çatanadək “Mingəçevir” QPS-dən qidalanan “Mingəçevir 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təzhizatının dayanması ilə əlaqədar (Mingəçevir şəhəri və Yevlax rayonun Tanrıqulular, Hürüuşağı və Borçalı kəndləri) 31 046 əhali abonenti və 515 qeyri-yaşayış obyekti, ümumilikdə 31 561 abonentinin…

Read More
Cəmiyyət 

Leysan, şimşək, külək…

Sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.…

Read More
Cəmiyyət 

İstəmirsənsə türmə, götürmə, ötürmə, itirmə…

Hər dəfə bol sərvətli, yüksək mənsəbli biri tutulanda rusca kitab oxumuş adamların dilinə belə bir söz gəlir: “Ot sumı i ot tyurmı ne zarekaysya”. İfadənin tərcüməsi belədir: “Heç vaxt yoxsulluq və ya həbsxana haqqında “heç vaxt” deməyin”. Mənası da budur: kimsə döşünə döyüb deyə bilməz ki, mən heç vaxt dilənçi torbası götürmərəm və türməyə düşmərəm. Hərçənd birinci haqq-hesaba qalsa, bunu çox adam deyə bilər. Elə qürurlu adamlar var ki, müflis olanda, borca düşəndə heç vaxt küçəyə düşüb ona-buna əl açacaqları günü gözləmirlər. Özləri bilirlər, nə edirlər. Onların nə etdiklərini yazsam,…

Read More
Cəmiyyət 

Məktəb direktorlarını cəzalandırmaq çıxış yolumu?

Pul yığımı ilə bağlı direktorların işdən çıxarılması bir daha göstərir ki, köklü struktur problemləri mövcuddur – rəy  Məlum olduğu kimi, paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.   “Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı…

Read More
Cəmiyyət 

Payız gəldi…

Sentyabrın 22-si saat 22:19-da Azərbaycana payız fəsli daxil olub. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından BiG.AZ-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

Read More
Cəmiyyət 

Böyük Qayıdışın uğurlu icrası tarixi ədalətin təntənəsidir

Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər görülür. Bu ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, sosial obyektlərin açılışı və əhalinin doğma torpaqlarına qayıdışı…

Read More