Cəmiyyət 

Dünyanı “yarımcan” edəcək PANDEMİYA gəlir: Gizli güclərin yeni PLANI

Həkim: “…bu cəhdlər dünyanı böyük fəlakətə sürükləyə bilər”  Xəbər verdiyimiz kimi, türkiyəli professor Oytun Erbaş ötən gün verdiyi açıqlaması ilə müzakirələrə səbəb olub. Belə ki, o, xəbərdarlıq edib ki, dünyanı 2-5 il ərzində qorxunc pandemiya gözləyir. Onun sözlərinə görə, pandemiya nəticəsində dəhşətli ölüm halları baş verəcək: “Dünyanı pis günlər gözləyir. Hər iki nəfərdən biri həyatda qalmayacaq. Çox böyük ölüm faizi müşahidə ediləcək” – Erbaş əlavə edib. Bundan əvvəl də tanınmış şəxslərin bənzər açıqlamalarının şahidi olmuşduq. Dünya milyarderi Bill Qeyts qorxunc bir pandemiyanın olacağını proqnozlaşdırmışdı. Bundan sonra isə Ümumdünya Səhiyyə Təşkilatının…

Read More
Cəmiyyət 

İpotekaya yararlı evlərin qiyməti bahalaşıb – SƏBƏB

Son 4 ildə ipotekaya yararlı evlərin qiyməti 40 faizədək artıb. Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, son illərdə ipoteka kreditləri ilə satılan mənzillərə tələbat artıb. Qiymətlərdə də artım müşahidə olunur. Ekpertin sözlərinə görə, mənzil bazarında bahalaşma var. Vətəndaşlar da bunu bildiklərindən ipotekaya üstünlük verirlər. E.Fərzəliyev onu da vurğulayıb ki, gələcəkdə də belə mənzillərə tələbatın artacağı və bunun da satış qiymətinə təsir edəcəyi gözlənilir. Ətraflı süjetdə:

Read More
Cəmiyyət 

İncəsənət məktəblərinə qəbul olunanların 7 mini dövlət sifarişi əsasında təhsil alacaq

Mədəniyyət Nazirliyi tərəfindən 2025/2026-cı tədris ili üzrə incəsənət məktəblərinə şagird qəbulu aparılıb. ARANTV.AZ  xəbər verir ki, qəbul prosesində minlərlə namizəd iştirak edib ki, bu da incəsənət təhsilinə böyük marağın göstəricisidir. Şagird qəbulu yerləri hər bir məktəbin müəllim potensialı, tədris infrastrukturu nəzərə alınmaqla müəyyənləşdirilib. Müraciətlərin dövlət sifarişli yerlərini dəfələrlə üstələdiyi hallarda seçim yalnız ən yüksək nəticə göstərmiş iştirakçılar arasında aparılıb. Bu səbəbdən, yüksək bal toplasa da bütün namizədlərin dövlət sifarişli yerlərə qəbul olunmaması obyektiv zərurətdən irəli gəlir. Xüsusilə fortepiano ixtisasına 9213 müraciətin olması iddiaçıların rəqabət miqyasını aydın şəkildə nümayiş etdirir. Şagirdlərin…

Read More
Cəmiyyət 

Bakıdakı bu evdə notların sirri açılır – REPORTAJ

Bu evdə notların pıçıltısı, musiqinin əbədi ruhu daha aydın şəkildə diqqət çəkir. Onun musiqisi insanın sözlə ifadə edə bilmədiyi hisslərin dili, qəlbin ən gizli sirlərinin açarıdır. Notların sükut içində danışdığı bir aləmdir. Hər kəs görə bilmir, amma hər kəs həmin aləmi duya bilir. Bu aləmdə sadəcə insan ruhunu titrədən musiqi var. Azərbaycan musiqisinin dahi bəstəkarı Qara Qarayev məhz bu dünyanın bələdçisi idi. Simfoniyalarında millətin tarixini, baletlərində insanın əbədi mübarizəsini canlandırmağı bacarıb. Onun musiqisi yalnız qulaq üçün deyil, həm də ürək üçündür. Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar Qara Qarayev bu…

Read More
Cəmiyyət 

Ürək xəstəliyindən və xərçəngdən uzaq olarsınız: Çayı belə içsəniz

Şəkərsiz çay içmək bütün səbəblərdən, həmçinin xərçəng və ürək-damar xəstəliklərindən ölüm riskinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilir. Ancaq şəkərli və ya dadlandırıcılı çayın belə bir təsiri yoxdur. Bu barədə “Frontiers in Nutrition” jurnalında dərc olunan araşdırmada qeyd olunub. Tədqiqatda 37-73 yaş arası 195 361 könüllü iştirak edib. Natamam sağlamlıq məlumatları olan insanlar, hamilə qadınlar və enerji qəbulu normadan əhəmiyyətli dərəcədə kənara çıxanlar analizdən çıxarılıb. Müəlliflər üç növ çayın – şəkərsiz, şəkərlə və süni dadlandırıcılı çayların ümumi və spesifik ölüm göstəricilərinə təsirini müqayisə ediblər. Əsas diqqət tədqiqat iştirakçıları tərəfindən ən çox…

Read More
Cəmiyyət 

Sərnişinləri ölümdən xilas edən 92 nömrəli avtobusun sürücüsü hadisə anını DANIŞDIVİDEO

Ötən gün Biləcəri qəsəbəsində yük avtomobilinin körpüdən aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə zamanı həmin ərazidən keçən 92 nömrəli marşrut avtobusunun sürücüsü peşəkarlıq göstərərək sərnişinləri təhlükədən qoruyub. Sürücü İTV-yə açıqlamasında bildirib ki, qırmızı işıqda dayanıb. Lakin birdən yuxarıdan yük avtomobilinin gəldiyini görüb və dərhal arxa istiqamətə hərəkət etməyə məcbur olub: “Arxaya verməsəydim, sərnişinlər xəsarət alacaqdılar. Saniyələr önəmli idi. Qabağa gedə bilməzdim, yol dolu idi. Məcburiyyət qarşısında qaldım və arxaya verərək sərnişinləri xilas etdim. Heç bir şey ağımdan keçmirdi, əsas məqsəd sərnişinləri təhlükəsiz şəkildə qorumaq…

Read More
Cəmiyyət 

Cari ilin sonuncu Ay tutulması başlayıb

Cari ilin ikinci və son Ay tutulması başlayıb. “Report” xəbər verir ki, bu tam Ay tutulmasıdır. Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayır və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək. Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmsında müşahidə olunan…

Read More
Cəmiyyət 

Azərbaycanda bu şəxslərə 12 500 manatadək cərimə tətbiq edilir – XƏBƏRDARLIQ

Müəssisə və təşkilatların fəaliyyəti zamanı yaranan tullantı sular ətraf mühitə, xüsusilə də su və su təsərrüfatı obyektərinəciddi təsir göstərir. Bu səbəbdən də tullantı suların qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün idarə edilməsi, təmizlənməsi və digər məqsədlər üçün istifadə olunması istiqamətində cəmiyyətin maarifləndirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin qarşıya qoyduğu hədəflərindəndir. SİMDNX-dən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 295 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan…

Read More
Cəmiyyət 

Azərbaycanda bu gecə “Qanlı Ay” müşahidə olunacaq – tam Ay tutulması baş verəcək

Sentyabrın 7-dən 8-nə keçən gecə Azərbaycan ərazisində tam Ay tutulması – el arasında “Qanlı Ay” adlandırılan astronomik hadisə müşahidə olunacaq. ARANTV.AZ  xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aytac İskəndərova məlumat verib. Onun sözlərinə görə, tutulma prosesi saat 19:28-də Ayın Yer yarımkölgəsinə daxil olması ilə başlayacaq. Saat 21:30-da isə Ay tam tutulma mərhələsinə keçəcək. “Tutulmanın maksimum mərhələsi saat 22:11-də baş verəcək. Bu zaman Ay səma cisimləri arasındakı işıq sönməsi səbəbilə qırmızımtıl rəngdə görünəcək. Tam tutulma mərhələsi 22:52-yə qədər davam edəcək. Ay tutulması prosesi bütövlükdə saat 00:55-də,…

Read More