Cəmiyyət 

Yaşayış binalarının zirzəmilərində dezinfeksiya QAYDALARI

Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərin və xüsusi təhlükəli infeksiyaların yayılma riskinin olduğu ərazilərdə ciddi sanitariya tədbirləri həyata keçirir. Qanunvericiliyə əsasən, Gigiyena və Epidemiologiya Mərkəzləri epidemiya təhlükəsi olan yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərini təşkil edir və bu proseslərə dövlət sanitariya nəzarəti tətbiq edir. ARANTV.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin “İnstagram” hesabında keçirilən canlı yayımda nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş hüquqşünası Kamil Dəmirli məlumat verib. Onun sözlərinə görə, yaşayış binalarının zirzəmiləri kimi digər yerlərdə, əgər epidemiya və ya infeksiya riski yoxdursa, bu işlər müvafiq lisenziyaya malik fiziki və…

Read More
Cəmiyyət 

Azərbaycan radiosunun binası SÖKÜLÜR – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək. AzTV-nin mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir: “Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”.

Read More
Cəmiyyət 

Samirə Mustafayeva yenidən efirə qayıdır

Tanınmış teleaparıcı Samirə Mustafayeva bir müddət öncə ayrıldığı Azərbaycan Televiziyasına (AzTV) geri dönür. O AZTV kanalı ilə işbirliyinə başlayıb. Samirə Mustafayeva dövlət televiziyasının yeni mövsüm anonsunda yer alıb. Qeyd edək ki, əməkdar artist Firdovsi Atakişiyev də uzun fasilədən sonra yenidən AzTV-də aparıcılıq edəcək.\\azxeber

Read More
Cəmiyyət 

Ölkədaxili sərnişin daşımaları 20 % artıbFOTO

Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 6 milyon 212 min 865 sərnişin daşınıb. ARANTV.AZ  ADY-yə istinadən xəbər verir ki, bu ilin 8 aylıq ümumi sərnişindaşıma göstəricisi keçən ilin müvafiq dövrünün nəticələrini 20 % üstələyib. Avqust ayında isə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 734 min 218 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 12,3 % daha çoxdir.

Read More
Cəmiyyət 

Bakıda kirayə evlər niyə qəhətə çıxıb? – Dəllallar danışdı

Yeni tədris ilinin başlaması Bakıda kirayə mənzil bazarına ciddi təsir göstərib. Azərbaycanın müxtəlif bölgə və kəndlərindən paytaxta üz tutan tələbələr, eləcə də iş dalınca gələn insanlar mənzillərə tələbatı kəskin artırıb. Nəticədə ev qıtlığı yaranıb, qiymətlər isə son aylarda sürətlə bahalaşmaqdadır. Artan tələbat səbəbindən münasib qiymətə, normal şəraitli mənzil tapmaq olduqca çətinləşib. Tələbələrin bir hissəsi bir neçə nəfər birləşərək eyni evdə qalmağa məcbur olur, digərləri isə yataqxanalara və tanış yanında sığınmaqla vəziyyəti yüngülləşdirir. Musavat.com-un əməkdaşı paytaxtda bir neçə kirayə məntəqəsinə baş çəkərək maklerlərlə söhbətləşib. Onların sözlərinə görə, telefon zəngləri sentyabrın əvvəlindən…

Read More
Cəmiyyət 

Yeməklərdə tez-tez istifadə olunan bu ədviyyat zərərliymiş

Süfrənin əsas tərkib hissəsi olan duz yeməklərə dad qatmaqla yanaşı, sağlamlıq üçün də risk yaradır. Mütəxəssislər xəbərdarlıq edir ki, duzun tövsiyə olunan gündəlik qəbulundan çox istifadə etmək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Həddindən artıq duz suyun tutulmasına səbəb olur, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və böyrək çatışmazlığı riskini artırır. Bundan əlavə, həddindən artıq duz istehlakı osteoporozdan mədə xərçənginə qədər müxtəlif xəstəliklərə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir yetkinin gündəlik duz qəbulunun 5 qramı keçməməli olduğunu vurğulayır. Ancaq Türkiyədə aparılan araşdırmalara görə, bu miqdar təxminən 3 dəfə çoxdur. Qidalanma…

Read More
Cəmiyyət 

Araşdırma: Musiqi ilə nəfəs məşqi beyində xoşbəxtlik yarada bilər

“PLOS One” jurnalında dərc olunan yeni araşdırma göstərib ki, musiqi ilə yüksək ventilyasiya nəfəs məşqləri (HVB) beyində psixodelik təsirlərə bənzər xoşbəxtlik vəziyyətləri yarada bilər. AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, tədqiqat zamanı iştirakçılar musiqi dinləyərək 20-30 dəqiqəlik sürətli və dərin nəfəs alma seansları ediblər. Nəticələr göstərib ki, bu proses zamanı beyində emosiyaları emal edən bölgələrə qan axını artır, mənfi emosiyalar isə azalır. İştirakçılar qorxu hissinin azaldığını, birlik və xoşbəxtlik yaşadıqlarını bildiriblər. Alimlər aşkar ediblər ki, HVB zamanı ümumi qan axını azalsa da, emosional xatirələrlə bağlı beyin sahələrində, sağ amigdala…

Read More
Cəmiyyət 

Tiktoker Xosrov həbs olundu

Sosial şəbəkələrdə sürücüləri yol hərəkəti qaydalarını pozmağa və avtoxuliqanlığa təhrik edən, həmçinin özü də bu davranışları həyata keçirən Moslemi Khosrow Bebek oğlu həbs edilib. “Qafqazinfo” xəbər verir ki, Xosrov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. O, sosial platformalarda apardığı fəaliyyətlə yanaşı, şəxsi hərəkətləri ilə də qayda pozuntuları törədib. Avtoxuliqan davranışları və yol hərəkəti qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Xosrov inzibati qaydada həbs edilib.

Read More
Cəmiyyət 

Bu il yeni doğulan uşaqlara daha çox hansı adlar verilib?

2025-ci ilin yanvar-avqust aylarında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Musavat.com-un Ədliyyə Nazirliyinin rəsmi saytından əldə etdiyi məlumata görə, 2025-ci ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 802 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 534, Raul 521, Əli 517, Yusif 516, Ömər isə 388 yeni doğulan oğlan uşağına seçilən ad olub. Dünyana yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən ad isə Zəhra olub. 533 uşağa bu ad verilib. Bununla yanaşı, Melisa 515, Məryəm 510, Zeynəb 508, Nilay…

Read More
Cəmiyyət 

Evdə hazırlanan kolbasalarda bu infeksiya ola bilər – Açıqlama

Ev şəraitində hazırlanmış konserv və kolbasalardan botulizm infeksiyasına yoluxmaq mümkündür. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə gazeta.ru-ya açıqlamasında infeksionist Olqa Stolyarova söyləyib. Həkim bildirir ki, botulizmin qarşısını almaq üçün beş əsas qaydaya riayət etmək lazımdır: Əlləri tez-tez yuyun, məhsulları və bütün mətbəx səthlərini dezinfeksiya edin, mətbəxə həşəratlar və gəmiricilərin daxil olmasının qarşısını alın. Xam və bişmiş məhsulları ayrı saxlayın, müxtəlif qidalar üçün ayrıca qab-qacaq istifadə edin. Məhsulları yaxşı bişirin və ya buxarlayın; sup və yeməkləri qaynadın, çünki botulotoksin və bakteriyalar 10-25 dəqiqə qaynadıqda məhv olur. Hazırlanmış yeməyi…

Read More