Cəmiyyət 

Elm və təhsil nazirinə qarğış etmək əvəzinə…

Yeni təhsil ili ənənəvi problemlərlə gəlir; bəs niyə şağirdlər məktəbə qayıtmaq istəmirlər? Gələn həftə yeni tədris ilinin başladığını göstərən sentyabr ayı başlayır. “Yeni tədris ili” və ya qısası “məktəb başlayır” deyirik, amma bu, quruluşuna görə sadə cümlədir, əslıində isə şağirdlər, valideynlər və müəllimlərlə birlikdə milyonları düşündürən, narahat edən prosesin başlamasıdır. Sovet dövründə şağirdlər daha qayğısız idi, valideynlər isə yalnız dəftər-qələm, bir də məktəb paltarlarının yenilənməsinin qayğısına qalırdılar. İndi şağıird təkcə çiynində ağır yük aparmır, həm də onu təhsildə o qədər əlavə qayğılar gözləyir ki, məktəbin açılmasını istəmirlər. Bu təkcə, yaydan…

Read More
Cəmiyyət 

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 30-u saat 22:00-dan…

Avqustun 30-u saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış Formula 1 yarışları bitənədək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Musavat.com-a Bakı Şəhər Halqasından bildirilib. Məhdudiyyətlər sentyabrın 19-dan 21-dək keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Qeyd edək ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq. Sürücülərdən hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Read More
Cəmiyyət 

Cavidan Nəbiyevə yüksək vəzifə verildi

Cavidan Elşad oğlu Nəbiyev Qobustan rayon musiqi məktəbinin yeni direktoru təyin edilib. Musiqi məktəbinin əvvəlki direktoru Zaur Cəfərov iki il öncə işdən ayrılsa da, yeni təyinat olmamışdı. Son iki ildir direktor vəzifəsini Alim Mustafayev icra edirdi. Qeyd edək ki, Cavidan Nəbiyev 28 noyabr 1993-cü ildə Şamaxıda anadan olub. Milli Konservatoriya tərkibində Musiqi kollecini nağara ixtisası üzrə bitirən Cavidan Nağıyev Mədəniyyət və İncəsənət Universitetində Xalq çalğı alətləri ifaçılığı (nağara) üzrə ixtisaslaşıb. Bir sıra beynəlxalq konsert proqramlarında çıxış edib. O, həmçinin 2013-cü ildən Bakı şəhər Mədəniyyət Baş idarəsinin tabeliyində olan Vaqif Mustafazadə…

Read More
Cəmiyyət 

Daha bir rayonda dəbdəbəli ehsan süfrələri LƏĞV EDİLDİ

Qubadan sonra Qusar rayonunda da dəbdəbəli ehsan süfrələrinin məhdudlaşdırılmasına başlanılıb. Musavat.com-un məlumatına görə, bu barədə Bizim.Media-ya Qusar şəhərindəki Mustafa Kasdal məscidinin imamı, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov məlumat verib. Onun sözlərinə görə, ötən gün rayonda dini icma rəhbərlərinin, rayon veteranlar şurası sədrinin, yerli din xadimlərinin iştirakı ilə iclas keçirilib. İclasda yas sahiblərinə dəbdəbəli ehsan süfrələrini sadələşdirilmiş çay süfrələri ilə əvəzləmələrinin tövsiyə olunması qərara alınıb. Bununla bağlı əhali arasında maarifləndirmə işlərinin aparılmasına start verilib.

Read More
Cəmiyyət 

Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə xarici ölkədə aksiya keçirib

Avqustun 30-da – Beynəlxalq İtkin Düşmüşlər Günündə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında aksiya keçirib. AZƏRTAC xəbər verir ki, aksiyada azərbaycanlı itkinlərin şəxsi əşyaları, sənədləri sərgilənib, onların həyat hekayələrini izah edən, onların dili ilə insanlığa xitab edən şüarlardan ibarət orijinal kompozisiya təşkil edilib. “Mənim üçün zaman dayanıb, fərqində olan varmı?” Saatı nümayiş etdirilən itkin Zahid Qasımov barədə “Mənim üçün zaman dayanıb, fərqində olan varmı?” (“My time stopped! Who…

Read More
Cəmiyyət 

Qardaşları Rusiyada qətlə yetirilən redaktor Ağdamda kövrəldi: “Onların ruhunu başımın üstündə hiss edirəm…” VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC-nin Ağdama mediaturu davam edir. Mediatur çərçivəsində tanınmış simalar jurnalistlərə Ağdamla bağlı təəssüratlarını bölüşürlər. Ağdamlı ədəbiyyatşünas, redaktor Seyfəddin Hüseynli də Musavat.com-a özəl müsahibə verib. O, Bakı–Ağdam qatarının əhəmiyyətindən danışıb, həmçinin yaxın günlərdə amansızcasına qətlə yetirilən qardaşlarını xatırlayaraq kövrəlib. Musavat.com həmin görüntüləri təqdim edir: Afaq Mirayiq, Video müəllifindir Musavat.com

Read More
Cəmiyyət 

Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşağın meyit qalıqları ekshumasiya edilib

Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşağın meyit qalıqları ekshumasiya edilib. ARANTV.AZ  xəbər verir ki, bunu “Report”a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. Onun sözlərinə görə, I Şəhidlər xiyabanında “Xocalıdan 5 yaşlı qız” adı ilə dəfn edilmiş şəxsə aid məzar da Dövlət Komissiyası və Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər çərçivəsində cari ilin may ayında ekshumasiya edilib: “Məzarda aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə zəruri araşdırma işləri aparılır. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan ictimaiyyətinə, o cümlədən kütləvi informasiya vasitələrinə məlumat veriləcək”.…

Read More
Cəmiyyət 

Gözəl örnəklərə qoz qoymamaq… – nə yapon ola bilirik, nə də alman

Feysbuk dostlarımız tez-tez başqa ölkələrdəki nümunəvi adətlər haqqında paylaşımlar edirlər. Maraqlı, heyrətamiz, həsəd aparılacaq mətləblər olur. Burada məqsəd həmvətənlərimizə yandı-qındı vermək deyil, məqsəd odur ki, onlardan örnək götürək, biz də elə edək. Düzdür, bəzi vətənpərvər soydaşlar paylaşımı müşayiət edən “bizdə belə deyil” kimi sözləri hərləyib-fırlayıb öz millətimizin aşağılanması kimi yozurlar, amma bu tam haqqı, elə deyil. O cür paylaşım edən bir çox dostların əsl niyyətindən xəbərim var. Yeri gəlsə, onlar millətimizin yuxarılanmasına çalışan adamlardır. Məsələn, bu günlərdə elə dostlardan biri (özüm adını çəkmirəm ki, bəziləri deyəcək, o ateistdir) Yaponiyadan bir…

Read More
Cəmiyyət 

BDYPİ-dən bu nəqliyyat vasitələrinin sürücülərinə XƏBƏRDARLIQ

Nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməməsi və atmosferə normadan artıq zərərli tullantılar buraxması insanların sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur. Bu haqda Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə ünvanladığı xəbərdarlıqda deyilir. Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən mütəmadi olaraq keçirilən nəzarət-profilaktik tədbirlər zamanı texniki cəhətdən nasaz və ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri müəyyən edilərək hərəkətdən kənarlaşdırılır, sürücüləri isə inzibati məsuliyyətə cəlb edilir. Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək, idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqətlə yanaşmağı, onların ekoloji tələblərə…

Read More
Cəmiyyət 

Azərbaycanda VAKANSİYA: işçi axtarılır, 5 min manat MAAŞ veriləcək

ABŞ-nin Azərbaycandakı səfirliyi yeni vakansiya elan edib. Səfirlik təhlükəsizlik sistemləri üzrə mexanik axtarır. Namizəd üçün vəzifə və tələblər aşağıdakılardır: Vəzifələr: Təhlükəsizlik sistemlərinin quraşdırılması, yoxlanılması, texniki xidməti və fövqəladə təmirini həyata keçirmək. Tələblər: Orta məktəb + texniki təhsil (texnik/elektrikçi/mexanik); Ən azı 3 il praktiki təcrübə (elektrik/mexaniki/CCTV quraşdırma və təmir sahəsində); İngilis, Azərbaycan və Rus dillərində yaxşı bilik; Etibarlı sürücülük vəsiqəsi və səfərlərə hazır olmaq; Maraqlanan və tələblərə cavab verən namizədləri buradan müraciət edə bilərlər. Qeyd edək ki, sözügedən vakansiya üzrə əməkhaqqı illik 34 204 dollar (aylıq 2 850 dollar) təklif olunur.…

Read More