Cəmiyyət 

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq. ARANTV.AZ  xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur. R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.

Read More
Cəmiyyət 

Azərbaycanda güclü zəlzələ riski var? -AÇIQLAMA

Xəbər verildiyi kimi, ötən gün Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. Təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında da hiss olunub. Bu isə cəmiyyətdə daha güclü zəlzələ ehtimalı ilə bağlı sualları gündəmə gətirib. Mövzu ilə bağlı ekoloq Fikrət Cəfərov Metbuat.az-a açıqlama verib. O bildirib ki, hazırda ölkədə güclü zəlzələ riski mövcud deyil: “Ümumiyyətlə, güclü zəlzələlərin baş vermə ehtimalı hər zaman nəzəri olaraq mümkündür. Amma hazırda Azərbaycanda böyük fəlakətə səbəb olacaq miqyasda zəlzələ gözlənilmir. Daha çox müəyyən bölgələrdə xırda, zəif və insanların hiss edə biləcəyi yüngül yeraltı təkanların…

Read More
Cəmiyyət 

“Azərbaycan gəncliyi dünyada ən nümunəvi olacaq”

Elçin Mirzəbəyli: “Gələcəyin milli sahibkarlarının yetişdirilməsi haqqında ciddi şəkildə düşünməliyik” Son onilliklərdə dünya sürətlə dəyişir. Qloballaşma prosesləri, informasiya texnologiyalarının inkişafı, sərhədsiz ünsiyyət imkanları insan həyatını asanlaşdırmaqla yanaşı, yeni çağırışlar da yaradıb. İctimai münasibətlərdən tutmuş ailə dəyərlərinə qədər hər bir sahədə köklü dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklərin ən çox təsir göstərdiyi təbəqə isə gənclərdir. Çünki cəmiyyətin gələcəyi məhz onların dünyagörüşündən, həyat seçimlərindən və milli kimliklə bağlı mövqelərindən asılıdır. Azərbaycan cəmiyyəti üçün bu məsələ xüsusilə həssasdır. Biz son yüzilliklərdə həm müstəqillik, həm də itkilər yaşamış, müharibələrin ağrılarını dadmış, eyni zamanda böyük qələbələrin…

Read More
Cəmiyyət 

Yanğın olan DOST Mərkəzi müvəqqəti BAĞLANDI

Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək. Bu barədə Musavat.com-a DOST Agentliyindən məlumat verilib. Bildirilib ki, fəaliyyətin dayandırılması mərkəzdə kiçik təmir işlərinin aparılması ilə bağlıdır. Qeyd edək ki, ötən günkü hadisə mərkəzin yalnız bir otağında baş verib. Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər.

Read More
Cəmiyyət 

Bakı küçələrində «at oynadan» xarici avtomobillər…

Bəs Azərbaycanın istehsal etdiyi avtomobillərə maraq niyə azdır? Bu ilin ilk yeddi  ayında ölkəmizə xaricdən 1 milyard 171 milyon dollar dəyərində 63 min 401 ədəd avtomobil idxal edilib. Məlumata görə, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 12 min 222 ədəd və ya 23,9 faiz, dəyəri isə 227,2 milyon dollar və ya 24,1 faiz artıb. Ümumilikdə isə 2024-cü ildə  Azərbaycana 943,8 milyon dollar dəyərində 51 min 179 ədəd avtomobil idxal edilib. Qeyd edək ki, bir ədəd avtomobilin orta idxal qiyməti bu ilin ilk 7 ayına görə 18 min 470 dollar (31 min 398 manat) olub ki, bu da illik müqayisədə cüzi -29 dollar (49 manat) və ya 0,2faiz artıb.  Bu göstərici ötən ilin müvafiq…

Read More
Cəmiyyət 

Saqqız çeynəmək: faydalıdır, yoxsa zərərli?

Saqqız XIX əsrdən bəri mövcuddur. Saqqız hər cür ləzzət və formada olur və bütün dünyada həm uşaqlar, həm də böyüklər tərəfindən istehlak edilir. Bəs, saqqızın əyləncəli çeynəmədən başqa bir səbəbi varmı? Cavab bəli. Saqqız çeynəmək əslində, bir sıra sağlamlıq faydaları ilə əlaqələndirilmişdir, lakin bəzi mənfi təsirləri də var. Aşağıda saqqızın tərkibindəki maddələr və elmə görə onların insanlara göstərə biləcəyi təsirlərlə tanış ola bilərsiniz: Saqqız, tərkibində bir sıra müxtəlif maddələr olan yumşaq rezin, elastik maddə çeynəmək üçün nəzərdə tutulub, lakin udulmamalıdır. Nədən hazırlanır? Saqqız adətən polimerlərdən, plastifikatorlardan və qatranlardan hazırlanır. Gəlin…

Read More
Cəmiyyət 

Nurlan Hacıyev nazirliyin aparat rəhbəri TƏYİN OLUNDU

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub. Naxçıvan maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib. N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində “Gömrük işinin təşkili” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali təhsil alıb. Qeyd edək ki, əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan Hacıyev sonrakı illərdə “Naxçıvanbank ASC”nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.//Report

Read More
Cəmiyyət 

Metro sərnişinlərinə şad XƏBƏR

Hazırda Bakı metropoliteninin xətlərində 347 vaqon (66 qatar tərkibi) sərnişindaşıma fəaliyyətinə cəlb edilir. Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, onlardan 150 vaqon (30 qatar tərkibi) innovasiyalar baxımından sonuncu – 4-cü nəslə mənsubdur. “2025-ci ildə Bakı metropolitenində 20 yeni nəsil vaqonun (4 qatar tərkibi) xəttə buraxılması planlaşdırılsa da, əlavə 10 yeni vaqonun (2 qatar tərkibi) Bakıya gətirilməsi nəzərdə tutulub. Hazırda qeyd edilən vaqonlardan 4 qatar tərkibi (20 vaqon) Bakıya gətirilərək üzərində komplektləşdirilmə işlərinə başlanılıb. Qeyd edilən işlərin yekun mərhələsində yeni qatarlar normativlərə uyğun sazlama,…

Read More
Cəmiyyət 

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil “ekspertləri” kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir. Bu barədə Musavat.com-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, qurum heç bir şirkət və ya şəxslə əməkdaşlıq etmir və onların fəaliyyətinə görə məsuliyyət daşımır. Qeyd olunub ki, diplomların tanınması yalnız Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali…

Read More
Cəmiyyət 

Qanunsuz sərnişin daşıyanlara qarşı REYD – VİDEO

Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib, qaydaları pozan şəxslər məsuliyyətə cəlb olunublar. Avtomobil nəqliyyatı ilə sərnişin daşımaya dair qanunvericiliyin tələblərinə daşıyıcılar tərəfindən riayət edilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən birgə profilaktik tədbirlər keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin reysqabağı texniki baxışdan keçməsi, sürücülərin tibbi müayinəsinin təşkili, eləcə də bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və kartların mövcudluğu yoxlanılıb. Həmçinin sürücülərlə maarifləndirici söhbətlər aparılıb, bu sahədəki mövcud qaydalara riayət etmələrinin zəruriliyi vurğulanıb.…

Read More