Cəmiyyət 

Saxta profillərlə kartlardan pul oğurlayan Türkiyə vətəndaşı HƏBS OLUNDU

Azərbaycanda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı həbs edilib. Azərbaycanda uzun müddətdir ailəsi ilə yaşayan və oturum hüququ alan Ertoğrul Akdemir ölkədə fəaliyyət göstərən bankların adından saxta profillər yaradaraq elanlar paylaşıb. Məlumata görə, həmin profillərdə paylaşılan elanlarda göstərib ki, banklar xüsusi kampaniyalar keçirir. Həmçinin bahalı hədiyyələri də qazanc kimi göstərib. Sosial şəbəkə istifadəçiləri kampaniyalara qoşulmaq üçün müəyyən linklərə daxil olaraq, şəxsi məlumatlarını, eləcə də kart hesablarının detallarını orada qeyd ediblər. Ertoğrul Akdemir və onunla əlbir olan şəxslər həmin bank kartlarına daxil olaraq, müxtəlif məbləğdə pullar oğurlayıblar. İş üzrə ümümi…

Read More
Cəmiyyət 

Uşaq travmaları ilə bağlı müraciətlər daha çox bu aylara təsadüf edir

“Uşaq travmaları ilə bağlı müraciətlər daha çox isti aylara – yaz və yay aylarına təsadüf edir”. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun travmatoloq ortopedi İlham Şıxbabayev açıqlayıb. Onun sözlərinə görə, ilin soyuq aylarında uşaqlarda daha çox məişət travmalarına rast gəlinir: “Ümumi müraciətlərin sayı isə digər aylara nisbətən azalır. Bunun səbəbi isə uşaqlarda qeyd etdiyim zamanlarda fiziki aktivliklə daha çox əlaqəlidir. İlin isti vaxtlarında uşaqlarda fiziki aktivlik artır və təbii olaraq müəyyən travmalara daha çox rast gəlinir. Həmçinin, məktəbli uşaqlarda tətil…

Read More
Cəmiyyət 

Təhsil Nazirliyi “WhatsApp”da ifşa olunan direktorların işini niyə prokurorluğa ötürmür?

“Nazirliyin təyin etdiyi direktorların bəziləri “informasiya daşıyıcısı”dır, ona görə də onların işi prokurorluğa verilmir”. Bunu “Yeni Sabah”a təhsil eksperti Elşən Qafarov bildirib. O, müxtəlif qanunpozmalarda, o cümlədən maşınını xadiməyə yuduzdurduğuna görə vəzifə səlahiyyətlərini aşmada, ad günü hədiyyəsi istədiyi üçün rüşvətdə və s. ittiham oluna biləcək orta məktəb direktor və müəllimləri barədə Təhsil Nazirliyinin çıxardığı qərarları şərh edib. Xatırladaq ki, bir qayda olaraq neqativ hallar valideynlərin təşkil etdiyi “WhatsApp” qrupları vasitəsi ilə ifşa olunur. Təhsil Nazirliyi isə bu cür ifşalardan sonra bu şəxsləri ya işdən çıxarır, ya da həmin adamlar töhmət…

Read More
Cəmiyyət 

Dostları süni intellektlə Azəri canlandırdılar – VİDEO

Dostları mərhum aktyor Azər Baxşəliyevin süni intellekt vasitəsilə videosunu hazırlayıblar.  Ona həsr edilən “Sınıq pəncərə” mahnısı ilə hazırlanan videoda Azərin ağ geyimdə görüntüləri əks olunub. Sözügedən videonu aktyor Ramil Babayev sosial şəbəkədə paylaşaraq bunları yazıb: “Bəziləri bu dünyadan gedəndə sadəcə yox olmur… Onlar yaddaşımıza iz, ürəyimizə yara qoyub gedirlər. Azər, sənin yoxluğunla barışmaq mümkün deyil, amma varlığının buraxdığı işıqla yaşamağa çalışırıq. Səninlə gülüşlərimizi, səmimiyyətini, saf qəlbini heç vaxt unutmayacağıq. Ruhun şad, məkanın cənnət olsun, əziz dost…” Qeyd edək ki, Azər bu ilin yanvarında böyrək çatışmazlığından dünyasını dəyişib.  (Axşam.az)

Read More
Cəmiyyət 

İyulun 30-da BMT-nin iki əlamətdar günü qeyd olunur

Hər il iyulun 30-da dünya ictimaiyyəti BMT-nin iki əlamətdar gününü – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü və Beynəlxalq Dostluq Gününü qeyd edir. AZƏRTAC xəbər verir ki, Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən 2013-cü ildə təsis edilib. Onun əsas məqsədi insan alveri qurbanlarının vəziyyəti haqqında məlumatlılığı artırmaq, onların hüquqlarını təşviq etmək və qorumaqdır. 2025-ci ilin “İnsan alveri mütəşəkkil cinayətdir – istismara son” mövzusu diqqətdən kənarda qalan ağır cinayəti, insan alverini vurğulayır. BMqT-nin “İstismarçılığa son qoyaq” kampaniyası bu zorakılığın qurbanlarını cəzalandırmaq deyil, müdafiə etməyə çağırır. Bütün…

Read More
Cəmiyyət 

Minalanmış ərazilərdə yanğın – ANAMA-nın işi çətinləşdi, yoxsa…

Yay fəslinin gəlişi ilə Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də meşəlik, dağlıq və kolluq ərazilərdə yanğın təhlükəsi yenidən gündəmə gəlib. İyulun ortalarından başlayaraq müşahidə edilən kəskin isti hava şəraiti, güclü küləklər və quraqlıq bir sıra regionlarda alovun qarşısını almağı çətinləşdirir. Təəssüf ki, bu mövsüm də istisna olmadı və artıq bir neçə yerdə fəlakət səviyyəsində meşə yanğınları qeydə alınıb. Ən narahatedici məqamlardan biri isə budur ki, yanğınların bir qismi işğaldan azad olunmuş ərazilərdə – xüsusilə də minalanmış zonalarda baş verir. Qarabağda bir neçə gündür ki, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər…

Read More
Cəmiyyət 

Nazirlikdən üzərlik bitkisi ilə bağlı XƏBƏRDARLIQ

Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları artmaqdadır. Nəticədə həmin şəxslər barəsində inzibati və ya cinayət məsuliyyəti tədbirləri görülür. ARANTV.AZ  xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr – bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir. Bununla əlaqədar olaraq, xarici ölkələrə…

Read More
Cəmiyyət 

Hər gün kərə yağı yemək olarmı? – Hamı birdəfəlik yadda saxlasın

Kərə yağı süfrəmizdə ən məşhur və dadlı məhsullardan biridir. Onu sıyıqlara əlavə edirik, çörəyə çəkirik, şirniyyatlara qatırıq. Bəs bu məhsulu hər gün yemək təhlükəsizdirmi? Lent.az kərə yağının hansı faydaları olduğunu, hansı normanın gündəlik istifadə üçün təhlükəsiz hesab edildiyini xəbər verir. Kərə yağının faydası nədir? Təbii kərə yağı tərkibində bu maddələri ehtiva edir: A, D, E və K vitaminləri – bu vitaminlər yalnız yağlarla birlikdə yaxşı mənimsənilir; Linole turşusu – ürəyin işini dəstəkləyir və immuniteti gücləndirir; Faydalı doymuş yağlar – hormonal balans üçün vacibdir; Enerji mənbəyi olan birləşmələr – xüsusilə soyuq aylarda bu…

Read More
Cəmiyyət 

Əmək müqaviləsi ilə işləyənlərin nəzərinə

Əmək Məcəlləsi işəgötürənlə işçi arasında hüquq və vəzifələri dəqiq müəyyənləşdirir. Lakin bəzən bu münasibətlərdə gözlənilməz hallar və ya suallar ortaya çıxa bilər. Məsələn, işəgötürən işçini əvvəlcədən xəbərdarlıq etmədən işdən çıxara bilər? Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Bu, konkret hallardan asılıdır: “Məsələn, müddətli əmək müqaviləsinin başa çatması, ştatların ixtisarı, müəssisənin ləğvi və ya işçinin əmək funksiyalarını yerinə yetirməməsi kimi hallarda mümkündür. Əmək Məcəlləsinin 70-c maddəsinə əsasən, işçinin attestasiyadan keçməməsi səbəbilə işəgötürən əmək müqaviləsinə birtərəfli qaydada xitam…

Read More
Cəmiyyət 

Cadunun gücü – falçılara ehtiyac niyə azalmır?

Bu günlərdə “ASK Arena” adlanan köhnə “Şəfa” stadionunun qazonu təmir edilərkən orada bəzi şəxslərə cadu-piti edildiyinin izləri aşkarlanıb. Bu barədə yayılan xəbərlərdə bildirilirdi ki, həmin cadu keçmiş “Keşlə”, indiki “Şamaxı” klubunun sabiq baş məşqçiləri Yunis Hüseynov və Sənan Qurbanova qarşı edilib. Məhz onların şəkilləri və adları yazılmış cadu süni qazonun altından tapılıb. Cadu materialında “Keşlə”nin əməkdaşı Eldəniz Yusifovun da adı olub. Ehtimal olunur ki, bunu həmin vaxt “Keşlə”nin uğursuzluğunu istəyən, kluba baş məşqçi gəlmək arzusunda olan azərbaycanlı məşqçilərdən biri edib. Maraqlıdır, elm tərəqqinin indiki vaxtında da yüz minlərlə insan caduya,…

Read More