Cəmiyyət 

Heyvan və quş xəstəlikləri ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Olt inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, İtaliyanın Friuli-Venesiya-Culiya regionunda blutanq xəstəliyi, Kamboca Krallığının Tbonq Hmum əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların…

Read More
Cəmiyyət 

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı genişləndi

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı genişlənib Musavat.com-un xəbərinə görə, Nazirlər Kabinti bununla bağlı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edib. Qərara əsasən, qızıl otağının nəzarətçiləri bu siyahıya daxil edilib. Qırma sahələrində nəzarətçilər də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ala biləcək.

Read More
Cəmiyyət 

Nazirlər Kabineti texniki baxımdan tənzimlənən malların idxalına dair qərar verdi

Nazirlər Kabineti “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nı təsdiq edib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Dövlət Agentliyi texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsini təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə məlumatların daxil olduğu Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini DGK-nın Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyasını…

Read More
Cəmiyyət 

Bakıya 200 yeni avtobus gətiriləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Agentlikdən Musavat.com-a bildirilib ki, avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir. “Hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur. Cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək. Bu isə ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək”, – məlumatda qeyd olunub.

Read More
Cəmiyyət 

Məktəb direktoruna töhmət verildi

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən monitorinq aparılıb. Bu barədə Musavat.com-a BŞTİ-dən məlumat verilib. Bidirilib ki, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparıb. Monitorinq nəticəsində bir sıra nöqsanlar aşkar edilib. Əmək funksiyası üzrə vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direkoru Əliyeva Afaq Asif qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam…

Read More
Cəmiyyət 

Vilayət Eyvazov sıra baxışı keçirdi, 214 nəfər seçildi – VİDEOFOTO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 28-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 214 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb və onlardan da 28 nəfəri Vətən müharibəsi iştirakçısıdır. V.Eyvazov çıxışında seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Read More
Cəmiyyət 

Bakıda su qiymətləri “əl yandırır”

Bakı günlərlə susuzluqdan əziyyət çəkmirmiş kimi, indi də köşklərdə satılan suların qiymətləri “əl yandırır”. Həkimlər isti havalarda bol su içməyi tövsiyə etsələr də, görünür, bu tövsiyəyə əməl etmək üçün əvvəlcə cibə baxmaq lazımdır. Qızmar yay günlərində insanlar sərinlənmək üçün mərkəzdəki köşklərdən su almağa məcbur qalırlar. Lakin qarşılaşdıqları mənzərə insanın su içmək həvəsini belə öldürür: mağazalarda 500 ml-lik su 50-60 qəpiyə satıldığı halda, köşklərdə eyni marka, eyni tərkib, eyni ölçü – qısacası, eyni butulka 1 manat və ya daha baha qiymətə təklif olunur. Suyun içində nə dəyişib? Heç nə. Sadəcə, satıldığı…

Read More
Cəmiyyət 

DYP motosiklet, velosiped və skuter sürücülərinə müraciət etdi – VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, velosiped və skuter sürücülərinə müraciət edib. İdarədən Musavat.com-a verilən məlumata görə, müraciətdə deyilir ki, son illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir: “Təhlillər göstərir ki, bu vasitələrin iştirakı ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına əməl etməməsidir. Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha xatırladır: – Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə göstərir…

Read More
Cəmiyyət 

Xəzərin səviyyəsi düşür, çirklənməsi artır – Xəstələnməmək üçün bunlara əməl edin…

Xəzər dənizinin çirklənmə səviyyəsi son illərdə kəskin şəkildə artıb. Yay aylarında sərinlənmək və istirahət məqsədilə dənizə üz tutan insanlar oradan sağlamlıq problemləri ilə geri dönürlər. Son günlərdə xüsusilə uşaqlar arasında dəri qızartıları, qaşıntılar, yüksək hərarət, ürəkbulanma və halsızlıq kimi şikayətlər artıb. Müayinə olunan şəxslərdən bir neçəsinin bədəninə dəniz suyundan infeksiya keçdiyi məlum olub. Xəzərin bu qədər çirkli olmasının səbəbi nədir? Xəzəri qidalandıran və əsas çirkləndirici mənbələr Volqa, Kür və Ural çaylarıdır. Bu çaylar vasitəsilə Xəzərə böyük həcmdə sənaye, məişət və kənd təsərrüfatı tullantıları axıdılır. Eyni zamanda sahilyanı şəhərlər – Bakı,…

Read More
Cəmiyyət 

Arif Babayevin vəziyyəti hələ də ağırdır

Xalq artisti Arif Babayevin vəziyyətində hələ də heç bir dəyişiklik yoxdur. Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev “Qafqazinfo”ya bildirib ki, xanəndənin vəziyyəti ağırdır. “Bu gün saat 10:00-a olan məlumata əsasən, xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir”, – baş həkim qeyd edib.

Read More