Cəmiyyət 

“Gəl, gəl, Mehriban xanımla görüş” – Prezident

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva bu gün Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar. “Qafqazinfo” xəbər verir ki, sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş Əmrah Sahiblinin evində olublar. Prezident İlham Əliyev: Adın nədir? Uşaq sakin: Duyğu. Prezident İlham Əliyev: Duyğu? Gəl, gəl, Mehriban xanımla görüş. Birinci xanım Mehriban Əliyeva: Gəl buraya, görüşək. Sakin: Xoş gəlmisiniz. Birinci xanım Mehriban Əliyeva: Harada yaşayırsan, göstər, hanı sənin otağın?

Read More
Cəmiyyət 

“Cənab Prezident, şəkil çəkdirə bilərik?”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar. “Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət etdilər. Prezident İlham Əliyev: Elədir, siz layiqsiniz buna. Bu torpaqlar 35 il işğal altında qalıb. Qadın sakin: Amma ümidlə yaşayırdıq ki, nə vaxtsa qayıdacağıq. Prezident İlham Əliyev: İnanırdınız. Qadın sakin: Bəli, inanırdıq. Kişi sakin: Azərbaycan torpağı nə qədər varsa, Siz də, ailəniz də o torpağın üstündə var olasınız. Allah Sizi Azərbaycan…

Read More
Cəmiyyət 

Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi – FOTOLAR

Müasir tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümüdür. Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib. Nazirliyin əməkdaşları abidə önünə tər gül dəstələri qoyublar, faciə qurbanlarının xatirəsi ehtiramla yad ediblər. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bu dəhşətli faciənin dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Xocalı soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Prezident İlham…

Read More
Cəmiyyət 

Klinikalarla bağlı ciddi hazırlıq – RƏSMİ

“Özəl sektorun onkoloji xidmət göstərməsi üçün yeni qaydalar və ciddi tələblər hazırlanıb”. Musavat.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib. O, bildirib ki, bu xidmətə yüksək tələblərə cavab verən tibb müəssisələrində müvafiq icazələr veriləcək. Qeyd edək ki, özəl tibb müəssisələri onkoloji tibbi xidmət həyata keçirə biləcək. Bu məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklikdə öz əksini tapıb. Şahanə Rəhimli Musavat.com

Read More
Cəmiyyət 

Azərbaycanda axır çərşənbə bu tarixdə qeyd olunacaq

2026-cı ildə Azərbaycanda ilaxır/torpaq çərşənbəsi (el arasında axır çərşənbə də deyilir) 17 mart tarixinə təsadüf edir. Publika.az xəbər verir ki, axır çərşənbə Novruz bayramının sonuncu və ən əhəmiyyətli çərşənbəsi sayılır. Azərbaycanın bəzi bölgələrində bu çərşənbə böyük təntənə ilə qeyd edilir, süfrələr açılır və tonqallar yandırılır. Axır çərşənbə ilə bağlı müxtəlif inanclar da mövcuddur. Sonuncu – dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlişinin əsl müjdəsi sayılır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Read More
Cəmiyyət 

Alim yatanda…

Orda – AMEA-da alimlər yatır… Köşəmi mərhum şairimiz Məmməd İsmayılın mənim üçün dəyərli olan şeirindən poetik bir misranın ovqatı ilə başlamağım səbəbsiz deyil. O şeirdə bir haray var – zamanın içindən gələn, insanın ruhuna toxunan bir haray: Orda – Savalanda bir igid yatır, Hələ ki, uyuyur qılıncı qında. Hələ ki, yanında gözləyir atı, Hələ ki, arzusu yol ayrıcında. Qınından sıyrılar o qılınc haçan?! Bir ildə, beş ildə, on ildə bilmir… Mən bu şeiri Məmməd İsmayılın düz yamacında, şəxsən öz dilindən eşidəndə “Şah İsmayıl Xətainin öydüyümüz 13-14 yaşı”mda idim. Ölkə çalxalanırdı.…

Read More
Cəmiyyət 

Oruc tutanlar üçün qızıl QAYDALAR

Ramazan ayında uzun saatlar ac qalmaq gün ərzində halsızlıq yarada və iftar vaxtı həddindən artıq yeməyə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, enerjini qorumaq və iftarda çox yeməmək üçün ilk növbədə səhuru buraxmamaq vacibdir. Proteinlə zəngin qidalar, lifli məhsullar və tərəvəzlər toxluq hissini daha uzun müddət saxlayır və gün ərzində enerjinin stabil qalmasına kömək edir. Qeyd olunur ki, sadə karbohidratlar ağ çörək, şirniyyat və şəkərli içkilər qısa müddətli enerji versə də, tez acmağa səbəb olur. Onların əvəzinə kompleks karbohidratlara üstünlük vermək daha məqsədəuyğundur. Həmçinin iftarla imsak arasında kifayət qədər su…

Read More
Cəmiyyət 

Nar yarpaqlarında sinirləri və ürəyi qoruyan maddə aşkar edildi

Narın yarpaqları və budaqlarında olan təbii birləşmənin sinir sistemi və ürəyə təsir edən transtiretin amiloidozu ilə əlaqəli zərərli zülal aqreqatlarını parçalaya biləcəyi müəyyən edilib. Kəşf Kumamoto Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində üzə çıxıb. Tədqiqatın nəticələri “iScience” jurnalında dərc olunub. Transtiretin amiloidozu zamanı toxumalarda anomal zülal – amiloid toplanır. Bu proses periferik sinir sisteminə, ürəyə, böyrəklərə və digər orqanlara zərər verir. Nəticədə fiziki yüklənmə zamanı nəfəs darlığı, başgicəllənmə, ürək çatışmazlığı və xroniki ağrılar yarana bilər. Yeni birləşmələrin müəyyən edilməsi məqsədilə alimlər 1 500-dən çox bitki ekstraktını araşdırıblar. Ən aktiv maddə…

Read More
Cəmiyyət 

Rəsmilər “Ana harayı” abidəsini ziyarət etdilər – FOTO

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıdakı “Ana harayı” abidəsini ziyarət ediblər. Dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.//apa

Read More