Cəmiyyət 

Azərbaycanda axır çərşənbə bu tarixdə qeyd olunacaq

2026-cı ildə Azərbaycanda ilaxır/torpaq çərşənbəsi (el arasında axır çərşənbə də deyilir) 17 mart tarixinə təsadüf edir.

Publika.az xəbər verir ki, axır çərşənbə Novruz bayramının sonuncu və ən əhəmiyyətli çərşənbəsi sayılır.

Azərbaycanın bəzi bölgələrində bu çərşənbə böyük təntənə ilə qeyd edilir, süfrələr açılır və tonqallar yandırılır.

Axır çərşənbə ilə bağlı müxtəlif inanclar da mövcuddur. Sonuncu – dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlişinin əsl müjdəsi sayılır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Daha çox xəbərlər