“Oruc tutarkən imsak və iftar arasındakı uzun müddət ərzində enerji səviyyəsinin stabil saxlanılması əsasən düzgün qida seçimi və metabolik tarazlığın qorunmasından asılıdır”. Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. Onun sözlərinə görə, elmi tədqiqatlar göstərir ki, kompleks karbohidratlar, yüksək keyfiyyətli zülallar və sağlam yağlar qanda qlükoza səviyyəsinin daha stabil qalmasına kömək edir və uzunmüddətli toxluq hissi yaradır: “İmsak zamanı tam taxıl məhsulları, yulaf, qara çörək, kəpəkli taxıllar, yumurta, qatıq, pendir, qoz‑fındıq və zeytun kimi qidalar tövsiyə olunur. Çünki…
Read More