Cəmiyyət 

Kolbasa və konfetlə qidalanma uşaqlarda IQ səviyyəsinin azalmasına səbəb olur

İllinoys Universiteti və Pelotas Federal Universitetinin alimləri müəyyən ediblər ki, erkən uşaqlıq dövründə tez hazırlanan əriştə, peçenye, konfet, şirin içkilər və kolbasaların aktiv istehlakı altı–yeddi yaşda IQ testlərində daha aşağı nəticələrə səbəb olur. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “British Journal of Nutrition” jurnalında dərc olunub. Tədqiqatçılar iki yaşlı uşaqların qidalanması barədə məlumatları toplayaraq onların məktəb yaşlarında koqnitiv qabiliyyətlərini qiymətləndiriblər. Ayrı-ayrı məhsulların təhlili əvəzinə alimlər ümumi qidalanma modellərini araşdıraraq iki dominant pəhriz müəyyən ediblər: paxlalılar, tərəvəzlər, meyvələr, uşaq qidaları və təbii şirələri əhatə edən “sağlam”, həmçinin sənaye istehsalı qəlyanaltılar, şirniyyat, emal…

Read More
Cəmiyyət 

Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb

Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb. “İki sahil” xəbər verir ki,  sərginin açılışında Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Tədbirdə çıxış edən Leyla Əliyeva ekspozisiyada yer alan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiyini vurğulayıb. O, bu sərginin təbiəti qorumaq məqsədilə sənətimizin sərhədləri aşmasının mükəmməl bir nümunəsi olduğunu qeyd edib. Sərgi haqqında məlumat verən Leyla Əliyeva mənəvi zənginliyi və səmimiyyəti ilə seçilən gözəl ölkədə olmaqdan məmnunluğunu ifadə edərək deyib: “Azərbaycan və Albaniyanı siyasi sərhədləri aşan sıx dostluq…

Read More
Cəmiyyət 

Qida məhsullarının etiketində şəffaflıq: AQTA bu prosesi NECƏ YOXLAYIR?…

Müasir dövrdə qida məhsullarının etiketləri yalnız məhsulun kimliyini göstərən bir vasitə deyil, həm də istehlakçının sağlamlığı və məlumatlı seçimi üçün həyati önəm daşıyan bir informasiya mənbəyidir. Etiketlərdəki məlumatların dəqiqliyi və şəffaflığı istehlakçıların qida təhlükəsizliyinə olan inamını gücləndirir və eyni zamanda qanunvericiliyə uyğun istehsalın təmin edilməsinə xidmət edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bu sahədə aparılan nəzarət tədbirləri, qanun pozuntularının qarşısının alınması və istehlakçıların məlumatlandırılması istiqamətində görülən işlər istehlakçı hüquqlarının qorunmasında mühüm rol oynayır. Bu baxımdan mövzu ilə bağlı əsas nüanslara işıq tutmaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq.…

Read More
Cəmiyyət 

Pensiya ilə bağlı VACİB XƏBƏR: Bu qaydada hesablanır

Yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduğu gün pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanaraq artırılır. Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun pensiyaya çıxdıqdan sonrakı dövrdə işləyərək fərdi hesabında topladığı pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünür və yekun məbləğ pensiyasının üzərinə əlavə edilir. Bu proaktiv xidmət işləyən pensiyaçıların pensiyalarına artımların onların bunun üçün müvafiq quruma müraciət etməsinə ehtiyac qalmadan həyata keçirilməsini, prosesin operativ və vətəndaş məmnunluğuna uyğun…

Read More
Cəmiyyət 

Ali məktəblərə sənəd qəbulu BAŞLAYIR

Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün (ərizə qəbulunun I mərhələsi) qeydiyyat prosesinə başlanılır. Musavat.com xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı il ərzində keçiriləcək imtahanlar və qeydiyyat (cədvəldə göy rəngdə verilib) tarixləri haqqında məlumat cədvəlində öz əksini tapıb. Qeydiyyat prosesi martın 5-dək davam edəcək. Bundan əlavə, əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün…

Read More
Cəmiyyət 

İbadət və ictimai həmrəylik

İlahiyyatçıya görə, Ramazan fürsət ayıdır Fevralın 19-dan etibarən milyonlarla insan oruc ibadətinə başlayacaq. Ramazan yalnız aclıq və susuzluq deyil, həm də səbir, mərhəmət, paylaşma və daxili intizam ayıdır. Ramazan ayı İslamın beş əsas şərtindən biri olan oruc ibadəti ilə xarakterizə olunur. Oruc tutan şəxs sübh azanından gün batana qədər yeməkdən, içməkdən və orucu pozan digər hallardan çəkinir. Lakin bu ayın mahiyyəti təkcə fiziki imtina ilə məhdudlaşmır. Ramazan insanın özünü hesaba çəkməsi, mənəvi balansını bərpa etməsi, gündəlik həyatın qayğıları içində unudulan dəyərlərə yenidən qayıtması üçün fürsətdir. Bu ayda namazlara daha həssas…

Read More
Cəmiyyət 

Plastik cərrahlar yenə “ömür kəsir”

Pasiyentlər həkimin diplomunu, sertifikatını və ya rəsmi reyestrdə olub-olmadığını yoxlamadan qərar verir Bakı sakini Nigar İsmayılova (1983-cü il təvəllüdlü) paytaxtdakı MediHall klinikasında bədən konturu əməliyyatı keçirdikdən bir neçə gün sonra, fevralın 13-də vəfat edib. Baş Prokurorluğun Mətbuat Xidməti Haqqin.az saytının sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Bizim.media mövzu ilə bağlı araşdırma aparıb. Müəyyən edilib ki, “Medi Hall” hospitalının baş həkimi, adı daha əvvəl də bir sıra uğursuz estetik əməliyyatlarda hallanan Nigar Məhəmmədovadır. Sözügedən həkim əvvəllər “MedAura” klinikasında fəaliyyət göstərib və həmin dövrdə…

Read More
Cəmiyyət 

Şirin içkilərə aludəçilik psixi sağlamlığa necə təsir edir?

Yeniyetmələr emosional rahatlama və ya qısamüddətli “mükafat” hissi əldə etmək üçün daha çox şirin içkilərə üz tuturlar Son illərdə yüksək şəkər tərkibli içkilərin insan sağlamlığına təsiri ilə bağlı aparılan araşdırmaların sayı sürətlə artır. Əvvəllər əsas diqqət bu məhsulların piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri ilə əlaqəsinə yönəlirdisə, elmi müzakirələr psixi sağlamlıq aspektini də əhatə edir. Xüsusilə yeniyetmələr arasında qazlı içkilər, enerji içkiləri, şirinləşdirilmiş şirələr və şəkər əlavə edilmiş digər içkilərin geniş yayılması bu məsələyə daha ciddi yanaşmanı zəruri edir. Böyük Britaniyada fəaliyyət göstərən Bournemouth University tədqiqatçıları tərəfindən aparılan geniş…

Read More
Cəmiyyət 

QMİ: Novruz yeməyini iftar saatına salın

“Bu il Rəbbimizin vacib ilahi əmri olan mübarək Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür”. Musavat.com xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətvasında qeyd edilib. “Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası: “Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir” – şəklində açıqlanır. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini…

Read More
Cəmiyyət 

Builki fitrə zəkatının məbləğini açıqlandı

Azərbaycanda builki fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub. Musavat.com xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə verdiyi fətvada əksini tapıb. Bildirilib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib: “Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə…

Read More