Cəmiyyət 

Pensiya ilə bağlı VACİB XƏBƏR: Bu qaydada hesablanır

Yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduğu gün pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanaraq artırılır. Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun pensiyaya çıxdıqdan sonrakı dövrdə işləyərək fərdi hesabında topladığı pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünür və yekun məbləğ pensiyasının üzərinə əlavə edilir. Bu proaktiv xidmət işləyən pensiyaçıların pensiyalarına artımların onların bunun üçün müvafiq quruma müraciət etməsinə ehtiyac qalmadan həyata keçirilməsini, prosesin operativ və vətəndaş məmnunluğuna uyğun…

Read More
Cəmiyyət 

Ali məktəblərə sənəd qəbulu BAŞLAYIR

Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün (ərizə qəbulunun I mərhələsi) qeydiyyat prosesinə başlanılır. Musavat.com xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı il ərzində keçiriləcək imtahanlar və qeydiyyat (cədvəldə göy rəngdə verilib) tarixləri haqqında məlumat cədvəlində öz əksini tapıb. Qeydiyyat prosesi martın 5-dək davam edəcək. Bundan əlavə, əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün…

Read More
Cəmiyyət 

İbadət və ictimai həmrəylik

İlahiyyatçıya görə, Ramazan fürsət ayıdır Fevralın 19-dan etibarən milyonlarla insan oruc ibadətinə başlayacaq. Ramazan yalnız aclıq və susuzluq deyil, həm də səbir, mərhəmət, paylaşma və daxili intizam ayıdır. Ramazan ayı İslamın beş əsas şərtindən biri olan oruc ibadəti ilə xarakterizə olunur. Oruc tutan şəxs sübh azanından gün batana qədər yeməkdən, içməkdən və orucu pozan digər hallardan çəkinir. Lakin bu ayın mahiyyəti təkcə fiziki imtina ilə məhdudlaşmır. Ramazan insanın özünü hesaba çəkməsi, mənəvi balansını bərpa etməsi, gündəlik həyatın qayğıları içində unudulan dəyərlərə yenidən qayıtması üçün fürsətdir. Bu ayda namazlara daha həssas…

Read More
Cəmiyyət 

Plastik cərrahlar yenə “ömür kəsir”

Pasiyentlər həkimin diplomunu, sertifikatını və ya rəsmi reyestrdə olub-olmadığını yoxlamadan qərar verir Bakı sakini Nigar İsmayılova (1983-cü il təvəllüdlü) paytaxtdakı MediHall klinikasında bədən konturu əməliyyatı keçirdikdən bir neçə gün sonra, fevralın 13-də vəfat edib. Baş Prokurorluğun Mətbuat Xidməti Haqqin.az saytının sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Bizim.media mövzu ilə bağlı araşdırma aparıb. Müəyyən edilib ki, “Medi Hall” hospitalının baş həkimi, adı daha əvvəl də bir sıra uğursuz estetik əməliyyatlarda hallanan Nigar Məhəmmədovadır. Sözügedən həkim əvvəllər “MedAura” klinikasında fəaliyyət göstərib və həmin dövrdə…

Read More
Cəmiyyət 

Şirin içkilərə aludəçilik psixi sağlamlığa necə təsir edir?

Yeniyetmələr emosional rahatlama və ya qısamüddətli “mükafat” hissi əldə etmək üçün daha çox şirin içkilərə üz tuturlar Son illərdə yüksək şəkər tərkibli içkilərin insan sağlamlığına təsiri ilə bağlı aparılan araşdırmaların sayı sürətlə artır. Əvvəllər əsas diqqət bu məhsulların piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri ilə əlaqəsinə yönəlirdisə, elmi müzakirələr psixi sağlamlıq aspektini də əhatə edir. Xüsusilə yeniyetmələr arasında qazlı içkilər, enerji içkiləri, şirinləşdirilmiş şirələr və şəkər əlavə edilmiş digər içkilərin geniş yayılması bu məsələyə daha ciddi yanaşmanı zəruri edir. Böyük Britaniyada fəaliyyət göstərən Bournemouth University tədqiqatçıları tərəfindən aparılan geniş…

Read More
Cəmiyyət 

QMİ: Novruz yeməyini iftar saatına salın

“Bu il Rəbbimizin vacib ilahi əmri olan mübarək Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür”. Musavat.com xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətvasında qeyd edilib. “Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası: “Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir” – şəklində açıqlanır. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini…

Read More
Cəmiyyət 

Builki fitrə zəkatının məbləğini açıqlandı

Azərbaycanda builki fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub. Musavat.com xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə verdiyi fətvada əksini tapıb. Bildirilib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib: “Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə…

Read More
Cəmiyyət 

Yaz havası bitir, tezliklə… – Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI

“Hazırda Bakı şəhərində yaz havası müşahidə edilir. Eyni hava şəraiti Türkiyədə də davam edir. Afrikanın şimalından, daha dəqiq desək, Liviyanın ərazisindən Avropaya isti hava axınları gəlir. Bu axınlar maneəsiz olaraq, Azərbaycan, Türkiyə və İrana daxil olur. Nəticədə hər üç ölkədə qışa uyğun olmayan hava şəraiti yaranıb”. Bunu Musavat.com-a açıqlamasında ekoloq Ənvər Əliyev deyib. O bildirib ki, bir neçə günə hava yenə sərinləyə bilər: “Çünki qışda yaz fəslinə məxsus hava şəraiti bir neçə gün davam edir. Təzyiq düşdüyünə görə soyuq ərazilərdən gələn hava kütlələri ölkələrə daxil olurlar. Soyuq arktik hava kütlələri ölkəmizə şimaldan daxil…

Read More
Cəmiyyət 

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK – 1 manat sabit tarif necə ALINIR?

“Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında” Qanuna edilən dəyişikliyə görə, yanvar ayından qaz və işığa görə 1 manat məbləğində sabit tarif ödənilir. Bu ödəniş ilk dəfə yerinə yetirildiyi üçün bəzi abonentlərdə çaşqınlıq yaradıb. Xüsusilə, sərfiyyata görə ödənişi onlayn şəkildə müxtəlif platformadan ödəyənlər sabit tarifin qeyd edilən borcun tərkibində olduğundan məlumtsızdırlar. Bəziləri sərfiyyata görə yığılan borcu ödədikdən sonra sistemdə əlavə olaraq 1 manatın borc kimi qeyd edildiyini iddia edirlər. Musavat.com xəbər verir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, mənzillərə göndərilən bildirişlərdə sabit tarif əlavə olaraq qeyd…

Read More
Cəmiyyət 

Azərbaycanda 11 gün ardıcıl İŞ OLMAYACAQ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur. Bu səbəbədən də Nazirlər Kabinetinin qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq. Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart da qeyri-iş günləri olacaq.…

Read More