Bakıda ilk dəfə piknik festivalı keçirilib – FOTO
ASAN könüllülər Məktəbi ilə birlikdə “Yaşıl ASAN” layihəsi çərçivəsində Böyükşor gölünün ətrafında piknik festivalı təşkil edib. ARANTV.AZ xəbər verir ki, 500-dən artıq insanın qatıldığı festivalın məqsədi ictimaiyyəti ətraf mühitin qorunması probleminə cəlb etməkdir. Asudə vaxtını səmərəli keçirmək istəyən yüzlərlə insan Böyükşor parkına axışaraq yaşıl ot üzərində aktiv istirahət ediblər. Tədbir zamanı uşaqlar üçün əyləncə meydançaları…
