Cəbhədən Xəbər 

Azərbaycan Ordusu iki istiqamətdə erməni təxribatının qarşısını alıb

Avqustun 18-i saat 10:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bundan başqa, saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər. Qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.

Read More
Cəbhədən Xəbər 

Hava hədəfləri aşkar olunaraq məhv edildi – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təkmilləşdirilmiş S-125 2TM zenit-raket komplekslərindən aşağı hündürlükdə uçan az sürətli və kiçik ölçülü hava hədəflərinin aşkar edilərək praktiki şəkildə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki vərdişlərinin, həmçinin zenit-raket komplekslərinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.  

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: “Ermənistanın yaydığı məlumat tamamilə yalandır” – VİDEO

Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq – Cəlil Xəlilov

Xəbər verdiyimiz kimi, avqustun 16-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üvləri geri çəkilməyə məcbur edilib. Ermənistanın kəşfiyyat-diversiya qrupunun Azərbaycana göndərilməsində məqsədi nədir? Mövzu ilə bağlı “İki sahil”ə danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov dedi ki, Ermənistan bu gün sərhəddə törətdiyi…

Read More
Cəbhədən Xəbər 

Xocavənddə təxribata atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub

Avqustun 17-si saat 11:55-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub.

Read More
Cəbhədən Xəbər 

Kamran Əliyev Kəlbəcər və Laçına səfər edib, hərbçilərlə görüşüb – FOTO

Avqustun 16-da baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında səfərdə olub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, səfərdə nümayəndə heyətini Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev müşayiət ediblər. Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər rayon, Kəlbəcər və Laçın hərbi prokurorluqlarının əməkdaşları ilə görüşlər keçirib, onların iş şəraiti ilə yaxından tanış olub. Görüşlərdə çıxış edən baş prokuror Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarının…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 16-sı saat 23:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Bölgənin şəriksiz güc sahibi

Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki,  Azərbaycan regionda ən güclü orduya malikdir. Hazırda xarici hərbi ekspertlər də Silahlı Qüvvələrimizin həm yüksək mənəvi-psixoloji döyüş hazırlığını, həm də maddi-texniki təminatını ən yüksək səviyyədə dəyərləndirirlər. Vətən müharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirilir. Əslində İkinci Qarabağ müharibəsi ordumuz üçün ən böyük  sınaq oldu.  İllərlə keçirilən təlimlər, alınan müasir silah-sursatlar, əsgər və zabitlərimizin hərbi texnikalardan yüksək səviyyədə yararlanmalar ən başlıcası isə vahid komandanlıq sisteminin uğurlu nəticəsi dünyanı heyrətləndirdi.…

Read More
Cəbhədən Xəbər 

MN: Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub – VİDEO

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat yayıb. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Qeyri-qanuni erməni silahlı dəstələri Şuşada fortifikasiya qurğuları quraşdırmağa cəhd göstəriblər

Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Read More