Cəbhədən Xəbər 

Kəlbəcərdə saxlanılan erməni diversant 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb – YENİLƏNİB + FOTO/VİDEO

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, ilkin araşdırmalara görə saxlanılan diversantın 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir. Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib. Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib. 13:45 Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya…

Read More
Cəbhədən Xəbər 

Erməni hərbçi xidmət yerindən qaçıb

Erməni hərbçi xidmət yerindən qaçıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb. Bildirilir ki, avqustun 16-da ehtiyatda olan Q.V. döyüş mövqeyini özbaşına tərk edib. Onun axtarışına başlanılıb. Qeyd edək ki, Ermənistan ordusunda əsgərlərin xidmət yerində dözülməz şərait səbəbindən erməni seqmentində dəfələrlə məlumat gedib. Erməni araşdırmaçı jurnalist Qayane Zərgəryan da orduda hökm sürən xaosdan dəfələrlə məlumat verib.

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlanılıb

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur ediliblər. Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.

Read More
Cəbhədən Xəbər 

Ermənistanın növbəti təxribatının qarşısı alınıb

Avqustun 16-sı saat 9 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.

Read More
Cəbhədən Xəbər 

Qərbi Azərbaycan XRONİKASI: Erməni tarixçi Amağu soyqırımı ilə bağlı faktları açıqladı – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni tarixçi Zəngəzur hadisələrinin gerçək üzünü etiraf edir” adlı veriliş efirə gedib. Verilişdə Ermənistanda tanınan tarixçi, Qafan Geologiya Muzeyinin direktoru, Əməkdar mədəniyyət xadimi və etnoqraf Qrişa Smbatyanın “Syunyats Erkir” (“Sünik ölkəsi”) qəzetinin 10 sentyabr 2008-ci il tarixli sayında “Qafanda azərbaycanlılar” adlı yazısından bəhs olunur. Bildirilir ki, ənənəvi saxta erməni tarixçiliyinin irsini davam etdirən Smbatyan məqaləsində Qafanda ermənilərin törətdiklərini ifşa edən məqamları üzə çıxarır, bizim üçün acı olan gerçəyi ermənilərin üzünə vurur. Müəllif Njdenin 1918-1921 illər illərdə törətdiyi cinayətin detallarını açıqlayır,…

Read More
Cəbhədən Xəbər 

Hərbi attaşelər erməni hərbçilərin qanunsuz fəaliyyətləri barədə məlumatlandırılıb – VİDEO

Avqustun 15-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib. Azərbaycan Müdafiə Nazirliyindən verilən xəbərə görə, brifinqdə son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyinə dair faktlarla bağlı xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, Laçın yolunun qanunsuz hərbi daşımalar üçün istifadəsi yolverilməzdir. Azərbaycan tərəfinin alternativ olaraq təklif etdiyi Ağdam-Xankəndi yolu zəruri yüklərin Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə vaxtında çatdırılmasını, eləcə də onların Azərbaycan…

Read More
Cəbhədən Xəbər 

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 15-də saat 18:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun  Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqemizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

MN: Azərbaycan Ordusunun Aİ müşahidəçilərini atəşə tutması həqiqətə uyğun deyil

Avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının (Aİ) müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Aİ müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdırlar. Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə bir…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN: “Qanunsuz erməni silahlıları ərazidə səngərlər qazır, minalar basdırır” – VİDEO

“Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və  Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub. “Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki…

Read More
Cəbhədən Xəbər 

Mövqelərimiz atəşə tutulub, cavab tədbirləri görülüb

Avqustun 14-də saat 09:20-dən 12:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More